69 Vahid Əzizin «Mir Cəfər» poeması haqqında söhbət

               Vahid Əzizinin “Mir Cəfər” poeması haqqında söhbət

Şair Vahid Əziz“Azərbaycan” jurnalının noyabr 2015 – ci il nömrəsində  20 il Azərbaycana rəhbərlik etmiş Mir Cəfər Bağırova həsr etdiyi “Mir Cəfər” poemasını nəşr etdirmişdir. “Təzadlar” qəzetinin 31 yanvar 2018 – ci il sayında uzun zaman respublikamızda müxtəlif rəhbər vəzifələrdə işləmiş titul və mükafatlarını saymaqla qurtarmaq bilməyən görkəmli qocaman ziyalımız, ucaman insan Sadıq Nəbi oğlu Murtuzayevin şair Vahid Əzizin “Mir Cəfər” poeması haqqında (Gecikmiş yazı) — sı dərc olunmuşdur. Buna görə çox hörmətli Sadıq müəllimə təşəkkürümüzü bildiririk.
Poemada yer verilən bəzi məqamlara aydınlıq gətirmək üçün Mir Cəfər Bağırovun böyük bacısı Seyid Məsumənin nəvəsi Məmmədtağı Bağırovdan müsahibə almağı qərara aldım.
Siz Vahid Əzizin “Mir Cəfər” poemasını və “Qızıl Qələm” mükafatı laureatı, professor Sadıq Murtuzayevin məqaləsini oxumusunuz. Hiss edirəm ki, poemadakı bəzi fikirlərə aydınlıq gətirmək lazımdır.
— Əvvəla şair Vahid Əzizə də, böyük el ağsaqqalımız Sadıq müəllimə də Mir Cəfər Bağırova öz vətəndaşlıq mövqelərindən yanaşmalarına görə öz təşəkkürümü bildirirəm. Artıq Mir Cəfər Bağırovun “buzu” əriməkdədir. Bunu arxiv sənədləri əsasında yazılan kitablardan görmək mümkündür. Gözəllik, lirik və nəğməkar şairimiz Vahid Əziz bir növ Mir Cəfər Bağırovun respublikaya rəhbərlik etdiyi dövrdə onun xeyirxah əməllərini bədii formada təsvir edir. Mən bir şeyə aydınlıq gətirim ki, 1937 – 1938 – ci illərdə poemada adı çəkilən Stepan Yemelyanov 1937 – ci il hadisələrində Bakının Kirov rayonu Partiya Komitəsinin I katibi idi. O, Yejov SSRİ Daxili İşlər Nazirliyindən çıxarılıb 1938 – ci ildə həbs olunandan sonra respublika “KQB” – sinin sədri olmuşdur. O, poemada daşnaq kimi təsvir olunub. Əslində Stepan Yemelyanov tatar əsilli rus olub. Tatarıstandan öz valideynləri ilə köçüb Azərbaycanda yaşayanlardandır. 1937 – 1938 – ci il repressiyalarında isə “KQB” – nin başçısı Sumbatov (Topuridze) Yuvelian Davudoviç (1934 – 1938) olub. Onu da qeyd edim ki, SSRİ prokuroru Roman Rudenkonun arayışında yazılıb ki, onu xəstə olduğu üçün onun üzərində istintaq işi dayandırılmışdır. (“Mir Cəfər Bağırovun məhkəməsi”, Bakı – Yazıçı, 1993, səh.118  F. B.)
Çoxları üçün hələ də qaranlıq olan 1937 – ci ilin avqustun 5 – dən 1938 – ci ilin sentyabrına kimi davam edən “SSRİ Xalq Daxili İşlər Komissarının 30 iyul 1937 – ci il tarixli 00447 nömrəli qərarı” ilə 15 ay davam edən repressiyaya müttəfiq respublikaların heç bir rəhbər işçisinin müdaxilə etməyə səlahiyyəti yox idi. Formal olaraq respublikaların “üçlük”lərinin sədrləri respublikaların  Xalq Komissarlarının sədrləri idilər. Çox təəssüflər olsun ki, keçmiş ANS – in və indiki Xəzər TV – nin aparıcılarından olan Həmid Herisçi ANS – dəki “Şəxsiyyət  vəsiqəsi” verilişlərindən birində Mir Cəfər Bağırovu “üçlüy”ün üzvü kimi təqdim edib. Tarixdən xəbəri olmayıb tarixdən danışanlar gələcək nəsillər üçün mənəvi faciəyə səbəb olan çaşğınlıq yaradırlar.
Yeri gəlmişkən onu da deyim ki, keçən il “Bizim yol” qəzetində və kulis.az saytında həkim, Tibb Universitetinin müəllimi, bəzi telekanallarda özünü gülüş hədəfinə çevirən Rəşid Mahmudov müsahibəsində deyib: “Azərbaycanın heç bir şairini nə Səməd Vurğun, nə Süleyman Rüstəm satıb. Satqın iki əclaf olub: Məmməd Səid Ordubadi və Məmməd Rahim.” Guya o da bunları “KQB” – nin arxivindən oxuyub.
Vallah, eyibdir, sonra deyirlər ermənilərin siyasəti bizimkindən güclüdür. Son vaxtlar tarixdən xəbəri olmayanlar, tarixi uyduranlar müxtəlif hadisələrə bəd nağıl, rəvayət kimi baxırlar.
“Yeni Azərbaycan” qəzetinin 6 aprel 2003 – cü il nömrəsində Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun arxiv tədqiqatçısı Musa Bağırov yazır: “Bu yaxınlarda televiziya  verilişlərindən birində bir nəfər özünü Mir Cəfər Bağırovun cangüdəni olduğundan danışır. Həmin adam danışır ki, Stalin azərbaycanlıları sürgün etmək istəyibmiş: “Mir Cəfər Bağırov götürdü məni getdik Stalinin yanına. Bir tapança onun belində, biri də mənim. Mən oturdum qəbul otağında, Bağırov girdi Stalinin yanına. Dedi, əgər Stalin köçürmə planını dəyişməsə başına bir güllə çaxacam.” Axı bu söhbəti efirə verənlər özləri xəcalət çəkməlidirlər. Stalinin qəbuluna silahla girmək, nə bilim belə boş söhbətlər o illərdən xəbəri olmayanların söhbətləridir. Hər deyiləni götürüb efirə vermək olar?”
Stalinin qəbulunda olan insanlar barədə sizin məlumatınız varmı?
— Bəli. 1996 – cı ildə Moskvada “İstoriçeskiy arxiv” jurnalının II nömrəsində 20 – ci səhifədə bu haqda məlumat vardır. Orada Stalinin qəbulunda kimlərin olması, ayın tarixi, ili, ayı və neçə dəqiqə qəbulda olması barədə məlumat var.
Yuxarıda Rəşid müəllim göstərir ki, Səməd Vurğun və Süleyman Rüstəm adam satmayıb. Bu həqiqətdir. Səməd Vurğun adam satmasa da 1937 – 1938 – ci illərdə bir çox ziyalılarını “ifşa” edib. O cümlədən 1954 – cü ildə Bakıda keçirilən 12 – 16 fevral tarixli qurultayda demişdir:
“Mən çıxışımın axırında demək istəyirəm ki, partiya təşkilatımız Mir Cəfər Bağırova bizim münasibətimizi müəyyən etməlidir. Mən qurultaya təklif edirəm: Sov. İKP MK – dan xahiş edilsin ki, Mir Cəfər Bağırov Azərbaycan KP MK – nın tərkibindən çıxarılsın. Sonra xahiş edilsin ki, o, Sov. İKP MK tərkibindən çıxarılsın. Ali Sovet deputatlarının tərkibindən geri çağırılsın və törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilsin. (Alqışlar).”
Beləliklə şair Moskvanın, Xruşşovun, Mustafayevin diktəsini canla – başla yerinə yetirmiş oldu və ona görə də 1954 – cü ilin martın 29 – da Mir Cəfər Bağırov öz Moskvadakı mənzilində həbs olunub Lefortova zindanına salındı. Səməd Vurğunun bu “zəhməti” hədər getmədi. Ona xidmətinə görə 1956 – cı ildə Azərbaycan SSR Ali Sovetinin sədri Mirzə İbrahimovun fərmanı ilə Xalq Şairi adı təsis olundu və birinci bu ada layiq görülən ilk Azərbaycan şairi Səməd Vurğun oldu. Üstəlik Bakıdakı Qırmızı Ordu küçəsinin adı dəyişdirilərək Səməd Vurğun küçəsi adlandırıldı. Buna etiraz olaraq Sovet İttifaqı marşalı Jukov Azərbaycan rəhbərliyinə irad bildirsə də, Nikita Xruşşovun sifarişi Səməd Vurğunun xeyrinə nəticələndi. Onu da deyim ki, Mir Cəfər Bağırov hələ 1949 – cu ilin yanvarında Lerik rayonunun Kürdəsər kənd sakini, gənc yazar Mir Cəfər Bağırovun qəbulunda olmuş, Bağırova müraciət edərək bildirmişdir ki, o, Xalq Şairi olmaq istəyir. Mir Cəfər Bağırov gənc yazara demişdir:
“Xalq şairi olmaq hər hansı bir şairin özündən və istəyindən asılı deyildir. Bu adı ona heç bir hökumət və partiya da verə bilməz. Bu qiymət nadir söz sərraflarına xalqın özü tərəfindən verilir.”
Onu da qeyd edim ki, Səməd Vurğundan fərqli olaraq 1956 – cı ildə Mir Cəfər Bağırovun qondarma məhkəməsindən iki ay qabaq məhkəmənin anonsu verilmişdir. Sov. İKP – nin XX qurultayında Azərbaycan KP MK – nın I katibi İmam Mustafayev məruzəsində demişdir ki, Mir Cəfər Bağırov 1937 – ci il repressiyalarına cavab verməlidir. O cümlədən, 1925 – ci ilin martında Moskvada vəfat edən Nəriman Nərimanovu da, 1930 – cu ildə Moskvada uzun sürən xəstəlikdən sonra vəfat edən Azərbaycan SSR MK sədri Səmədağa Ağamalıoğlunu da 1937 – ci il qurbanlarının siyahısına daxil etmişdir.
Zəruri qeyd: Mir Ağa Bağırov 1918 – ci ilin məlum Quba mart qırğınlarında şəhid olduqdan sonra onun iki qızı və bir oğlu salamat qalmışdır. Şəhid Mir Ağanın böyük qızı Seyid Nərgiz 1924 – cü ildə Həsən bəy Talıbovla ailə qurmuş, ikinci qızı 1912 – ci ildə anadan olmuş  Seyid Səkinəni Mir Cəfər Bağırov övladlığa götürmüşdür. 1914 – cü ildə anadan olmuş Seyid Məmmədi isə Mir Cəfər Bağırov Daxili İşlər Naziri vəzifəsində işlədiyi vaxt, onunla yaxşı münasibəti olan Səmədağa Ağamalıoğlunun himayəsinə vermişdir. Səmədağa Ağamalıoğlu o vaxt Bakıdakı İqtisad Universiteti ilə üzbəüz Köhnə Kommunist (indiki İstiqlal) küçəsində ikinci mərtəbədə yaşayırdı və balaca Seyid Məmməd köhnə Bakı Soveti, indiki İçəri Şəhər metrosu ilə üzbəüz olan məşhur məktəbdə oxuyurdu. Anasından ayrı yaşaya bilməyən balaca Seyid Məmməd Qubaya, anasının yanına qaçır.
1930 – cu ilin oktyabrında Mir Cəfər Bağırov Moskvada Səmədağa Ağamalıoğlunun dəfnində iştirak edib.
1948 – ci ildə Mir Cəfər Bağırovun və Teymur Quliyevin sərəncamı ilə Bakıda Fəxri Xiyaban yaradıldıqdan sonra Səmədağa Ağamalıoğlunun cənazəsinin qalıqları Moskvadan Bakının Fəxri Xiyabanına köçürülmüşdür. Necə ola bilər ki, 1930 – cu ildə ildə Moskvada öz əcəli ilə ölmüş bir adamı 1937 – ci ildə Bakıda Mir Cəfər Bağırov repressiya olunanlar siyahısına saldırsın?
Rəşid həkimin Məmməd Səid Ordubadiyə və Məmməd Rahimə “əclaf” deməyinə sizin münasibətiniz  maraqlı olar.
— “Hümmət” qəzetinin redaktorluğundan başlamış “Vətən və hürriyyət”, “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Qılınc və qələm” və başqa romanların, “Nərgiz”, “Koroğlu”, “Nizami” operalarının, çox sayda poemaların və nəsr əsərlərinin müəllifi olan dahi insan Məmməd Səid Ordubadiyə, müttəfiq respublikalarda oxşarı olmayan simaya çirkab atmağa Rəşid həkimin mənəvi haqqı yoxdur.
Məmməd Rahimə gəldikdə isə düzdür, Rəsul Rza da, Səməd Vurğun da, Süleyman Rüstəm də 30 – cu illərdə müsavatçılara həcvlər yazmışlar. Bunlar faktdır. Məmməd Rahimə və Məmməd Səid Ordubadiyə ona görə çirkab atırlar ki, onların indiki dövrdə imkanlı qohum – qardaşları yoxdur. Sənətkara və ictimai xadimə zaman və xalq qiymət verməlidir. Rəşid həkimin bu cür qərəzli çıxışlarını bağışlamaq olar, çünki o arxivdə olmayıb, sadəcə başqalarından eşidib. Bizim tarixlə məşğul olan bəzi ziyalılarımız isə ağa qara deməklə məşğuldurlar. Onlara misal Ədalət Tahirzadəni, Firidun Cəlilovu, Şəmistan Nəzirlini və başqalarını göstərmək olar.
Anarın Mir Cəfər Bağırov haqqında çəkdiyi filmə münasibətiniz.
Ədalət Tahirzadə Mir Cəfər Bağırovun zindan həyatını təsvir edir və oxuculara  bir fotoşop da təqdim edir. Aydınlaşdırılıb ki, həmin şəkil Mir Cəfər Bağırova aid deyil. Bağırov zindan həyatı yaşamayıb. O, 1956 – cı ildə hökm oxunanda bir həftə sonra, mayın 5 – də güllələnmişdir. Zindan həyatı uydurmadır. Keçən müsahibəmdə demişdim, Ədalət Tahirzadə kor və kardır. Kordur ona görə ki, Azərbaycan prezidenti İlham Heydər oğlu Əliyevin sədrliyi ilə 2011 – ci ildə nəşr olunmuş Azərbaycan Milli Ensiklopediyasının III cildinin 29 – cu səhifəsində Mir Cəfər Bağırovun doğulduğu il 1896  və 1956 – cı il may ayının 26 – da (əslində mayın 5 – də) güllələnməsi haqqında məlumat var. Kardır ona görə ki, Mir Cəfər Bağırov haqqında nəşr olunan və danışılan həqiqətləri eşitmir.
Firidun Cəlilov isə (bu günkü təhsilimizi bərbad günə qoyan) “Günaz” TV – də çıxışında deyib ki, Mir Cəfər Bağırov azərbaycanlıların sürgün olunmamasını azərbaycanlılara olan məhəbbətindən yox, guya azərbaycanlılar olmasa onun vəzifəsi əlindən çıxacağına görə sürgünə etiraz edib. Əhsən belə kəşfə.
Şəmistan Nəzirli isə Azərbaycan generalları haqqında əsərlərində  Bağırov və Şıxlinskini  bir – birinə düşmən edir. Halbuki, arxiv sənədlərinə əsaslanan yazılarda bunun əksinin şahidi oluruq. Professor Nəsib Nəsibli isə 37 – ci illərdə Bağırovun 80 min azərbaycanlının cəzaya məruz qoyduğunu göstərir. Bununla demək istəyirəm ki, Mir Cəfər Bağırovun bostanına daş atanlar bilməlidirlər ki, yalanın ömrü arxivə qədərdir.
Tağı dayı, sizi yordum. Ancaq suallarım çoxdur. Məhəbbət şairi, lirik şair Vahid Əzizin Mir Cəfər Bağırova münasibətinə rəy bildirdiniz. Şair Rəsul Rza da 1958 – ci ildə Mir Cəfər Bağırova həsr etdiyi «Qızıl gül olmayaydı” şerini yazıb. Buna münasibətiniz necədir?
— Rəsul Rza haqqında onu deyim ki, “Qızıl gül olmayaydı” poemasını 1958 – ci ildə yazıb və 1962 – ci ildə “Pəncərəmə düşən işıq” kitabında 8 min nüsxə ilə çap olunub. Rəsul Rzanın qaynatası, yəni Nigar Rəfibəylinin atası Xudadat bəy Gəncə qubernatoru olub və keçən əsrin 20 – ci illərində Sovet hökumətinə qarşı üsyan qaldıranlara rəhbərlik edib. Buna baxmayaraq Mir Cəfər Bağırov onun qızı Nigar Rəfibəyli və başqa qohumlarına sovet cəza dəstələrinin bəd niyyətlərinin qarşısını alıb. Rəsul Rzanın “Qızıl gül olmayaydı” poemasında Bağırovu şərləməsi başa düşüləndir. Çünki, həmin illərdə Mir Cəfər Bağırovun qondarma məhkəməsinin qanunları hələ qüvvədə idi. Məni təəssüfləndirən odur ki, oğlu Anar 2000 – ci ildə heç bir arxiv sənədinə istinad etmədən “İblis” kinofilmini çəkmişdir. Bu film heç bir tarixi sənədə, heç bir rəsmi arxiv sənədinə əsaslanmır. Şər və böhtan kompaniyası Rəsul Rza dövründə labüd idi, arxivlərin bağlı olduğuna görə. Bu başa düşüləndir. Müstəqil Respublikamızda arxivlərin açıq olduğu bir vaxtda film şər nağılları və rəvayəyətləri əsasında çəkilmişdir. Bağırov rolunu oynayan deyir: “Məni şaqqalamaq lazımdır.” Əslində Mir Cəfər Bağırov son sözündə demişdir: “Əgər qarşınızdakı sənədlərə inansaq, repressiyalarda və başqa işlərdə mənim xalqım qarşısında azacıq da olsa günahım varsa məni güllələmək yox, asmaq yox, şaqqalamaq lazımdır.”
Tağı dayı, professor Sadıq Murtuzayev yazısında Mir Cəfər Bağırovun cənazəsinin qalıqlarını Nargin adasından gətirilib oğlunun yanında dəfn olunduğunu göstərib.
— Sadıq Murtuzayev belə məlumat yazıb. Ancaq Mir Cəfər Bağırovun cənazəsinin qalıqları Qobustan rayonunun ərazisindəki keçmiş hərbi bazanın qəbirsanlığında aşkar olunmuşdur. Bu da tarixin bir təsadüf və möcüzəsidir ki, Mir Cəfər Bağırovun cənazəsinin qalıqları 2016 – cı il 6 oktyabrda 120 yaşı tamam olan gün şəhid oğlu Cahangirin yanında torpağa tapşırılmışdır. Söhbətimin axırında çəkdikləri zəhmətlərinə görə, fədakarlıqlarına görə el ağsaqqalı, ucaman Sadıq Murtuzayevə və məhəbbət şairi Vahid Əzizə xoş arzularımı bildirirəm və Vahid Əzizin bir şeri ilə xudafisləşirəm:

      Şair qaranquş kimidir –

      Öldürən bədbəxt olacaq…

Mir Cəfər Bağırovun bacısı nəvəsilə söhbətləşdi: Mir Cəfər Bağırov saytının meneceri, tədqiqatçı jurnalist Füzuli Baratov

 

Стандартный

68

Bağırov haqqında xatirələr

2015-ci ildə 70 yaşının tamam olacağı ərəfədə Azərbaycanda sözlərinə yazılmış mahnılar dillər əzbəri olan Vahid Əziz “Mir Cəfər” poemasını yazıb. “Mir Cəfər” poeması Azərbaycan prezidenti İlham Əliyevin bu sözləri ilə başlayır:
“- Bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır.
Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma “erməni dövləti”nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik…”

Arxivlərin açıq olması tarixçilər və jurnalistlər üçün tədqiqat aparmağa, həqiqəti yazmağa imkan yaratdığı halda, yenə İmam Mustafayevin şər – böhtan kompaniyasının Mir Cəfər Bağırovun əleyhinə olan yazıları kimlərinsə himayəsi ilə qəzetlərə və internet saytlarına yol tapır. Maraqlısı odur ki, müəlliflər arxiv materiallarına əsaslanıb yazdıqlarını qeyd edirlər. Korlar üçün də balığın şor olmasının məlum olduğu kimi Mir Cəfər Bağırov haqqında qərəzli yazıların da dəst – xətti İmam Mustafayev kompaniyasna məxsus olduğu dərhal üzə çıxır. Sovet dövründə Bağırov haqqında yazılar kitablardan çıxarılmışdı, hətta tarix kitablarında da heç bir məlumat qalmamışdı. Bunu vəzifədə olan ermənilər eləmişdilər, səbəbi isə Bağırovun gördüyü mütərəqqi işləri gələcək nəsillərdən gizlətmək idi. Bağırovu qəddar, qorxunc bir adam kimi təbliğ etmək işi dərhal göstərir ki,  onu görənlər guya “tir – tir əsər, özlərini itirər”, “onun apardığı adamlar bir də geri qayıtmaz” ifadələri məlum İmam Mustafayev böhtanlarıdır.
Repressiya illərində günahsız güllələnən, həbs olunub sürgünə göndərilənlərlə bərabər respublikada — həm adi adamlar arasında, həm də rəhbərlikdə əliəyrilər, xalqın malını oğurlayanlar, dövlət malını talayanlar, hərbçilər və milislər arasında öz işlərinin öhdəsindən gəlməyənlər də olub. Belə adamlar elədikləri səhv əməllərə görə Bağırovun adı gələndə qorxublar. Mir Cəfər Bağırovun zəhmətkeşlərlə, ucqar kəndlərdə yaşayan əhali ilə görüşləri barədə arxiv materialları Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində kifayət qədərdir. Respublikamızın müstəqilliyi bərpa olunandan sonra arxivlər açılmış, tarixi şəxsiyyətlər barədə bir çox məlumatlar yorulmaz tədqiqatçılarımız tərəfindən işıq üzü görmüşdür. İndi Fazil Məmmədovun 2014-cü ildə nəşr olunmuş  “Mir Cəfər Bağırov Kreml ixtilafları burulğanında” kitabında Bağırova aid yazılanlara diqqət edək:
Mir Cəfər Bağırovun həyatı və fəaliyyəti, vətən qarşısında göstərdiyi tarixi xidmətləri XX əsrin uydurulmamış əfsanəsinə, təkrarsız şəxsiyyəti isə misli – bərabəri olmayan mifik tarixi fenomenə çevrilmişdir.
Sadə həyat – məişət tərzi keçirmək, daim alicənablıq, şəxsi təvazökarlıq nümayiş etdirmək, ətrafdakılara və tabelikdə olanlara istisnasız olaraq xoş rəftar bəsləmək, müntəzəm şəkildə ədalətli olmaq, Vətəni alovlu bir ürəklə sevmək, insanlara təmənnasız qayğı göstərmək, yaxşılıq etmək, dara düşənə kömək əli uzatmaq, düzgünlüyü sevmək və onu həmişə birmənalı şəkildə müdafiə etmək, haqsızlığa qarşı inadla mübarizə aparmaq, son dərəcə işgüzar olmaq, gözütox yaşamaq, qohumbazlığa, yerlibazlığa, tayfabazlığa qarşı çıxmaq, yaxşılığı, duz – çörəyi itirməmək, ictimai mahiyyəti olan dostluğu yüksək qiymətləndirmək, səxavət sahibi olmaq, satqınlığın, xəyanətin qənimi kəsilmək və sair kimi yüksək insani dəyərlər Mir Cəfər Bağırov fenomeninin əbədi ayrılmaz əlamətlərindən  və xüsusiyyətlərindən olmuşdur.
Tarix üçün ən etibarlı və ən ədalətli şahidin fakt , dəlil və sübutlarını əsas tutaraq həqiqəti olduğu kimi özündə hifz edib qoruyan bəzi sənədləri yada salaq.
Mir Cəfər Bağırov 1921-ci ilin fevral ayında Azərbaycan SSR XKS-nin sədri Nəriman Nərimanovun sərəncamı və V.İ. Leninin razılığı ilə Azərbaycan Fövqəladə Komissiyasına sədr təyin olunmuşdur. O, bu vəzifədə çalışarkən 1927-ci ilə qədər eyni zamanda, Xalq Daxili İşlər Komissarı və Yollar komissarlığının Azərbaycan üzrə səlahiyyətli müvəkkili vəzifələrində də işləmişdir. Daha sonra Tiflisdə və Moskvada işləmiş, oxumuş, 1932-ci ilin oktyabr ayında Azərbaycan K(b)P MK-nın və Bakı komitəsinin birinci katibi seçilmişdir. 1934 – 1952-ci illərdə onun rəhbərliyi ilə Azərbaycan kommunistlərinin 8 qurultayı (1934, 1937, 1938, 1939, 1940, 1949, 1951, 1952-ci illərdə) keçirilmişdir. O, bütün bu partiya qurultaylarında hesabat məruzəsi ilə çıxış etmişdir. Bütün bunlara baxmayaraq, 1921-ci ildən 1946-cı ilə kimi onun şəkli heç zaman (1937-ci ildə SSRİ Ali Sovetinə seçilən deputatların tərcümeyi – halları ilə birgə verilən şəkildən başqa) Azərbaycanda nəşr olunan qəzetlərdə çap olunmamışdır. Azərbaycan rəhbərinin şəkli respublika mətbuatında ilk dəfə olaraq 1946-cı ildə Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərlə əlaqədar olaraq dərc edilmişdir.
Qeyd edim ki, 1921 — 1946-cı illərdə respublika rəhbərinin şəkli Azərbaycan mətbuatında daha üç dəfə (“Kommunist” qəzetinin 14 dekabr 1933-cü il tarixli, “Bakinski raboçi” qəzetində isə 14 dekabr 1933-cü il və 4 yanvar 1936-cı il tarixli nömrəsində) nəşr olunmuşdur.
1946 – 1953-cü illərdə respublika rəhbərinin tək şəkli mətbuatda cəmi 5 dəfə dərc edilmişdir. Bu şəkillərin hamısı ali partiya yığıncaqlarında, ölkənin və respublikanın Ali Sovetlərinə keçirilən seçkilərlə əlaqədar olaraq çəkilmişdir. Rəhbərin ailə üzvləri, qohumları və yaxın adamları haqqında isə mətbuatda bütün ömrü boyu heç zaman, heç bir məlumat verilməmişdir. Hələ gənclik illərində özünü reklam və özünə vurğunluq əlaməti olan şəkil yayımı azarından bir dəfəlik xilas olmuş respublika rəhbəri idarə və müəssisələrdə, ictimai yerlərdə, hərbi hissələrdə, məktəblərdə, mədəni – maarif müəssisələrində də öz şəklinin nümayiş etdirilməsinin qəti əleyhinə olmuşdur. 1942 – 1953-cü illərdə Mir Cəfər Bağırovla eyni partiya təşkilatında qeydiyyatda olan əmək və partiya veteranı Məmmədova – Hacıyeva Mənzər Sultanəhməd qızı bu məsələ ilə əlaqədar olaraq, belə bir hadisənin şahidi olduğunu bildirmişdir: 1944-cü ilin sonları idi. S.M. Kirov adına Partiya kabinəsində Azərbaycan K(b)P MK-nın ilk partiya təşkilatının hesabat – seçki iclası çağırılmışdı. Axşam saat 7-yə yaxın idi. Gərgin iş gününün sonunda kommunistlər buraya iclasa tələsirdilər. Mən həmin dövrdə partiya kabinəsinin nəzdində fəaliyyət göstərən kitabxananın Azərbaycan bölməsində işləyirdim.
Biz hamımız əmin idik ki, iclasa Azərbaycan K(b)P Mərkəzi Komitəsinin və Bakı Komitəsinin birinci katibi Mir Cəfər Bağırov da hökmən gələcəkdir. Mərkəzi Komitənin və Şəhər partiya komitəsinin məsul işçiləri gündüzdən burada idilər. Onlar binanın bəzədilməsi, səliqə — sahmana salınması ilə əlaqədar bizə göstərişlər verir və köməklik edirdilər. Hazırlıq başa çatdı. Axşam 16:50 dəqiqədə Mir Cəfər Bağırov giriş qapısında göründü. İclasa həmişə olduğu kimi indi də piyada və tək gəlmişdi. Ola bilsin ki, müşayiət edənlər olmuşdu, lakin onlar içəri girməmişdilər.
Binaya daxil olan kimi hər tərəfi diqqətlə nəzərdən keçirməyə başladı, birdən öz portreti ilə qarşılaşdı. Bu zaman bütün məsul işçiləri haray edib başına topladı və qətiyyətlə dedi: — “İndi cəbhədə döyüş meydanlarında xalqın ən yaxşı oğul və qızlarının qanı axıdılır, cəsur əsgərlərimiz igidliklə döyüşürlər. Siz isə burada, arxa cəbhədə hər cür ölüm – itimdən uzaq bir rahat yerdə yaltaqlıqla məşğul olursunuz. Bu nədir, mənim portretimi qoymusunuz göz qabağına, elə bil göylərdən düşüb, tez onu götürün və yerinə əsgər şəkli qoyun. Bir də belə halla rastlaşsam, onda özünüzdən küsün!”
Sonra bir qədər aralıda durmuş Mətləb Babayevi yanına çağırıb danladı: — “Əgər siz Azərbaycan komsomol təşkilatının rəhbəri kimi belə rüsvayçı hallara qarşı mübarizə aparmırsınızsa, onda bizim işlərimiz heç zaman yaxşı olmayacaqdır. Gənclər və yeniyetmələr arasında bütün başqa mənfi xüsusiyyətlərlə yanaşı yaltaqlığa və yalançılığa qarşı müharibə elan olunmalıdır!”
Hadisələrin üstündən uzun onilliklər keçməsinə baxmayaraq, onun müasirləri sadə həyat yaşaması, ən adi qaydada geyinməsi haqqında indi də tam səmimiyyətlə danışırlar. Hətta onun haqqında ailəliklə daima əsassız fikirlər söyləyən Vəkilovlar nəslinin üzvü, şair Vaqif Səmədoğlu da bu həqiqəti dana bilməyərək demişdir: — Mən Mir Cəfər Bağırovun əynində yamaqlı tor mayka görmüşəm, göy, sətin pencək görmüşəm, ayağında təbaşirlə təmizlənmiş parusin ayaqqabı görmüşəm. (V. Səmədoğlu, “Sənətkarı öldürmək olar, amma sənətini əlindən almaq olmaz. Şairin oxucu suallarına verdiyi cavabları”, Ekspress – 2002, 16 aprel) (Əslində ayaqqabıda görünən ağ onun təbaşirlə təmizlənməsini bildirmir, aşı maddələri olan duz və zəyin düzgün istifadə olunmaması zamanı özünü göstərir. F.B.)
Haşıyə: Mir Cəfər Bağırovun bütün mühafizəçiləri bizim millətdən idi. Şəxsi mühafizəsində on – on beş nəfər olardıq. O vaxt dövlət başçısının indiki kimi 300 – 400 nəfər mühafizəçisi yox idi. Bir maşın qabaqda gedirdi, ikinci maşın bizimki idi. Çox vaxt da qoymurdu onunla getməyə. Lap əsası Soltan kişi idi. Polkovnik idi. Vaxtı ilə qoçqalıq edib.
Mir Cəfər Bağırovun şəxsi mühafizəçisi Ənvər Ağahüseyn oğlu Ağasıyev yaddaşında qalanların hamısını bizə danışdı. (“Ulus” – 2001, 29 iyul, 5 avqust)
Daima xalq arasında olmağa can atan rəhbər, həm də heç kəsdən fərqlənməyə səy göstərməyərək həmişə böyük təvazökar insan olaraq qalmış və bunu başqalarından da tam qətiyyətlə tələb etmişdir. Akademik Milli Dram Teatrının bədii rəhbərinin yaradıcılıq üzrə köməkçisi Qurban Qurbanovun xatirələri də bu mövzudadır: … Gördüm qapıçımız, bir rus qadını bir nəfəri saxlayıb soruşur: — “Vaşi biletı?”. Başımı qaldırdım ki, eynək gözündə, kepka başında, serıy makintoj əynində, Mir Cəfər Abasoviç Bağırovdu, iki nəfər də özü ilə. Tez onları yuxarı qaldırıb Ədil müəllimə zəng vurdum. Ədil müəllim telefonu alan kimi dedi: — “Kişi gəlib.” Mir Cəfəri belə adlandırırdılar… Səhərisi gördüm ki, həmin lojaya avadanlıq qoyurlar. Bağırov əmr vermişdi ki, hökumət üçün ayrılmış lojaya, hansı ki, orada hökumət adamlarından qeyrisinin oturmağa ixtiyarı yox idi, bilet satılsın və hökumət tərəfindən gələn nümayəndələr də tamaşaçılarla bir yerdə əyləşsinlər.” (Hidayətqızı S. “Qada, get qapıçıya de ki, səni işə buraxmasın!”, İmpuls – 2001, 29 iyun)
Mir Cəfər Bağırovun tərifi sevməməsi və imkan düşən kimi tərifləməyə cəhd edənlərin dərhal qətiyyətlə qarşısını alması xasiyyəti hamıya bəlli idi. Şəxsiyyətinin hər hansı bir şəkildə bütləşdirilməsinə qətiyyən yol verməzdi. Xalq arasında çıxış edərkən öz xidmətlərinin üstündən sükutla keçərdi.
Əgər, rəhbər danışığında ətrafdkılar barəsində hər hansı bir səhvə, anlaşılmazlığa yol vermiş olsaydı, dərhal səhvini düzəldər və incimiş adamdan üzr istərdi.
Haşıyə: Bağırov qardaşımdan üzr istədi.
Bir gün qardaşım Cəlalla cıdırda təlim keçirdik. Onun qolu müharibədə yaralandığından tam açılmırdı. Yaxşı at sürməyi vardı. Atının adı Bəxtəbəxt idi. Məşq zamanı Mir Cəfər Bağırov, Nazirlər Sovetinin sədri Teymur Quliyev cıdıra gəlmişdilər. Bağırov qardaşımın qolunu bükülü görüb onun üstünə çimkirdi: — “Bu nədir?” Qardaşım bir söz demədi. T. Quliyev vəziyyəti başa saldı. Bağırov qardaşım Cəlaldan üzr istədi. (Bünyadov M. “Qarabağ atının sorağı İngiltərəyə çatmışdı” – “Etimad” -2001, 28 iyul – 3 avqust, 1955 – 1985-ci illərdə cıdırda baş məşqçi olmuş Əli Tağı oğlu Tağıyevlə müsahibədən)
Gənc Azərbaycan rəhbəri həyatının lap ilk dövrlərindən başlayaraq sadə həyat sürməklə, daim təvazökarlıq nümayiş etdirməklə başqalarına nümunə olmağı özünə borc bilmişdir. Təkcə bir epizoddan bunu çox aydın görmək mümkündür. 1946-cı ildə anadan olmasının 50 illiyi tamam olmuşdu. ÜİK(b)P MK-sı və SSRİ XKS ona bu münasibətlə təbrik məktubu göndərmişdi. Məktub “Pravda”, “İzvestiya” qəzetlərinin 17 sentyabr 1946-cı il tarixli nömrələrində dərc olunmuşdu. Partiya və hökumət onun  xidmətlərini yüksək qiymətləndirərək onu “Lenin Ordeni” ilə təltif etmişdi. Təltif haqqında SSRİ Ali Sovetinin fərmanı da mətbuatda elan olunmuşdu. Anadan olmasının 50 illiyi tamam olandan sonra işlə əlaqədar olaraq dəfələrlə Moskvada olmuş, partiya və hökumət rəhbərləri ilə görüşmüşdü. Lakin təltif olunduğu yüksək və şərəfli mükafatı almağa heç bir təşəbbüs göstərməyərək misli görünməmiş təmkinlilik və təvazökarlıq nümayiş etdirmişdir.
Qeyd: Mir Cəfər Bağırov 1946-cı ilin sonunda və 1947-ci ilin əvvəlində SSRİ Ali Sovetinin sessiyasında, 1947-ci ildə ÜİK(b)P-nin fevral plenumunda və daha iki Ümumittifaq tədbirində iştirak etmək üçün Moskva şəhərində olmuşdur.
Bu səbəbə görə də SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri P.M. Şvernik yüksək mükafatı Azərbaycan rəhbərinə fərman veriləndən altı ay sonra təqdim edə bilmişdir. Bu zaman SİTA 1947 –ci il fevral ayının 28-də “Mir Cəfər Abbas oğlu Bağırov yoldaşa “Lenin Ordeni” təqdim olunmuşdur” sərlövhəli məlumatını bütün ölkəyə yaymışdı. (“Kommunist” 1947, 2 mart, “Bakinskiy raboçiy” 1947, 2 mart)
Mir Cəfər Bağırovun həmyerlilərinə qarşı münasibəti də eyni idi. Bunu belə bir faktdan daha aydın görmək mümkündür. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti özünün 9 sentyabr 1939-cu il tarixli fərmanı ilə iki narkomu eyni vaxtda işdən azad etmişdi. Onların hər ikisi – köklü qubalı idilər. Azərbaycan SSR Xalq Toxuculuq Sənayesi narkomu işləyən Hacağa İbrahim oğlu Şahverdiyev Mir Cəfər Bağırovla həmyaşıd idi. Uşaqlıqda Qubada eyni məktəbdə oxumuşdular, eyni məhəllədə yaşamışdılar və ailəliklə dostluq edirdilər. Onlar inqilabi fəaliyyətə də eyni vaxtda başlamışdılar. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra onlar yenə bir yerdə rəhbər vəzifələrdə çalışmışdılar. Aralarında möhkəm dostluqları da var idi. Lakin bütün bunlar Hacağa Şahverdiyevin cəzalandırılmamasına səbəb ola bilməmişdi. Çünki, o, bir rəhbər kimi günahlandırılmışdı. Onun tabeliyində olan Şəki İpək Kombinatında yeyintiyi və sonra da yanğına yol verilmişdi. Bu səbəbə görə də, keçmiş peşəkar inqilabçı, ictimai xadim, təcrübəli çekist və bacarıqlı mütəxəssis olan Hacağa Şahverdiyev uzun müddət rəhbər vəzifəyə təyin olunmamışdı. Vəzifədən azad olunan digər narkom Kübra Yəhya qızı Fərəcova idi. Kübra Fərəcova 1907-ci ildə Qubada anadan olub, Tibb İnstitutunu bitirib, 1931-ci ildən Kürdəmir Qızlar Məktəbinin təşkilatçısı və müəllimi olub. 1932-ci ildən Kommunist Partiyasının üzvü idi, Azərbaycan K(b)P MK-da təlimatçı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində çalışmış, sonra isə Azərbaycan SSR Xalq Səhiyyə narkomu təyin olunmuşdu. Ən yüksək vəzifəsindən azad edildikdən sonra Böyük Vətən müharibəsində cəbhədə iştirak etmiş, vətənə qayıtmış, lakin nazir vəzifəsinə qaytarılmamışdır. Çünki günahlandırılmışdır. 1939-cu ildə Moskvada xidməti səfərdə olarkən SSRİ Xalq Səhiyyə Komissarının ailəsi ilə birgə Moskvada çayda qayıqla gəzintiyə çıxmış və bu zaman təsadüfən suya düşmüşdür. Gənc narkom öz hərəkətləri ilə Azərbaycana şərəf gətirmədiyinə və geyri – təvazökarlığına görə çox ciddi şəkildə cəzalandırılmışdır. Mir Cəfər Bağırov bu yerlisinə də heç bir köməklik göstərməmiş və onu ağır cəzadən qurtarmağa çalışmamışdır. Nazir vəzifəsinə qaytarılmasa da Kübra Fərəcova sonralar N.K. Krupskaya adına Ana və Uşaq Mühafizəsi İnstitutunun direktoru olmuş, SSRİ Ali Sovetini 2-ci çağırış, Azərbaycan SSR Ali Sovetinin 2 və 3-cü çağırış deputatı olmuşdur. (Fazil Məmmədov “Mir Cəfər Bağırov Kreml ixtilafları burulğanında”, səh.19)
Rüşvət alıb rüşvətxorluqla mübarizədən danışanlar, haqsızlıq edib haqqdan dəm vuranlar, millət deyib millətin zavallılarını ehtiyac içində saxlayanlar, sözsüz ki, Mir Cəfər Bağırov şəxsiyyətinə ağız büzəcəklər. Mir Cəfər Bağırov əməlisaleh şəxsiyyət idi. Heç vaxt sərvət əsiri, haram dövlət və pul düşkünü olmamışdı. Ailə üzvləri də həmçinin. Ona görə də Bağırov dövründəki kadrların heç biri rüşvət almırdı. Mir Cəfər Bağırov üçün rüşvətxorluq ən ağır cinayət idi. Mir Cəfər Bağırov nə Kərbəlaya, nə də Həccə getmişdi. Ancaq Allah adamı idi. Haramı qəbul etmədiyi üçün haramzadalara qarşı amansız idi. (Teyyyub Qurban “Düşmənlərindən Güclü Şəxsiyyət” kitabından)
Mir Cəfər Bağırovun sözün həqiqi mənasında ədalətli adam olduğunu, haqq işi hökmən müdafiə etdiyini bir sıra başqa faktlar da təsdiq edir. Görkəmli Azərbaycan pedaqoqu, respublikada xalq maarifi işinin məşhur və istedadlı təşkilatçılarından olan professor Əhməd Seyidovun fəaliyyəti ilə bağlı baş vermiş hadisələrdən də bunu aydın şəkildə görmək mümkündür. Əhməd Seyidovun oğlu, professor Fikrət Seyidovun bu məsələ ilə əlaqədar olaraq yazdığı xatirələrdə deyilir:
— Atamın yadına düşür ki, Mir Cəfər Bağırov hələ 1944-cü ildə ona demişdi: — “Allaha dua et ki, müharibə tez qurtarsın. APİ-nin binasını sizə verəcəyəm.” Bir gün atamı MK-ya büro iclasına çağırdılar. Atam orada öyrənir ki, bina məsələsindən ötrü çağırıblar. Atam danışırdı ki, lap ruhdan düşmüşdüm. Ümidim Bağırova idi. O da mənə söz vermişdi ki, müharibə qurtaranda binanı bizə verəcək. Bağırov isə Moskvada idi. Mən qapının yanında oturmuşdum. Gördüm ki, qapı azacıq açıldı və Bağırovun katibəsi Novikova qapıdan mənə çatacaq kağız uzatdı. Kağızda deyilirdi: “Yoldaş Seyidov, Mir Cəfər Bağırov Moskvaya gedəndə dedi ki, sizə çatdırım ki, sizin razılığınız olmadan binanı heç kimə verə bilməzlər.” Atam deyirdi ki, məni heyrətləndirən ən əsas məsələ Mir Cəfər Bağırovun kişilik dəyanəti oldu. O verdiyi sözü bir neçə il keçməsinə, başının dövlət işləri ilə qarışıq olmasına baxmayaraq, yadından çıxarmamışdı… Bağırovun qorxusundan binanı Tibb institutuna verə bilmədilər. Bina APİ-yə qaldı. (Fikrət Seyidov “Aslanbəylidən başlanan xatirələr”, Bakı – 2000, səh. 162)
     Azərbaycan rəhbərinin respublikaya başçılıq etdiyi uzun illər ərzində göstərdiyi tarixi fəaliyyətində vətənin torpaqlarını xüsusi bir qayğı ilə qoruması, xalqın milli mənliyinin əsasını təşkil edən milli maraqlarının hər hansı bir şəkildə pozulmasına qarşı ardıcıl olaraq mübarizə aparması və yerli əhalinin hərtərəfli inkişaf edərək ölkə və dünya miqyasında özünə layiq şərəfli yer tutması üçün lazım olan tədbirləri işləyib vaxtında həyata keçirmək sahəsində gördüyü işlər səmadakı parlaq karvan yolu kimi aydın görünür. Elə buna görə də, təsadüfi deyildir ki, onun Azərbaycanın siyası — iqtisadi və mədəni yüksəlişinə hər hansı bir şəkildə mane olanlara qarşı daim amansız mübarizə aparmaq, xalqın milli mənliyinə toxumağa cəhd edənləri ifşa etmək, millətin bəşəriyyət qarşısında göstərdiyi xidmətlərini danmaq məqsədilə hər cür fitnə — fəsada əl atanları zərərsizləşdirmək sahəsində xidmətləri mühüm həyat prinsipləri kimi tarixin səhifələrinə yazılmış və milyonlarla soydaşımızın yaddaşına həkk olunmuşdur. Əldə olan sənədlərə əsaslanaraq ilk növbədə onu da qeyd etmək lazımdır ki, Mir Cəfər Bağırov lap erkən yaşlarından öz xalqının valehi və öz vətənin vurğunu olmuşdur.

Şərq musiqisinin ustad tədqiqatçılarından olan görkəmli musiqişünas F. Şuşinskinin bu məsələrlə bağlı fikirləri çox maraqlıdır:

“21 mart 1921-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Qarabağda Tevanın (Qarabağda quldurluq edən dəstənin başçısı — F.M.) bandasına son qoymaq üçün başda Mir Cəfər Bağırov olmaqla bir dəstə məsul işçini Koryagin rayonuna göndərdi. O zaman Mir Cəfər  Bağırov Az. ÇEKA-nın sədri idi. Tezliklə Mir Cəfər Bağırov yerli kommunistlərdən və kəndlilərdən döyüşçü dəstələri yaratdı. Çox keçmədən Qızıl Ordu hissələri də bu dəstəyə kömək etməyə başladılar. Bir həftə keçməmiş — yəni 1921-ci ilin aprelin əvvəllərində Mir Cəfər Bağırovun dəstələri Tevanın bandasını darmadağın edərək daşnak qiyamına son qoydu. Tevan canını xilas etmək üçün İrana qaçdı. Həmin hadisədən 20 il sonra, yəni, 1941-ci ildə Sovet qoşunları İran torpağına girərkən, o zaman Zaqafqaziya cəbhəsinin hərbi şurasının üzvü general — leytenant Mir Cəfər Bağırov DTK-nm kəşfiyyatçılarına nəyin bahasına olursa — olsun Tevanı axtarıb tapmaq əmrini vermişdi. Çox çəkmədən çekistlər Tevanı Tehranda tapıb Bakıya gətirdilər. Mənə sonralar DTK-nın banditizmə qarşı mübarizə şöbəsinin rəisi, məşhur çekist, polkovnik Ələkbər Abdullayev danışırdı ki, Mir Cəfər Bağırov mənim kabinetimdə Tevanı danışdırdıqdan sonra güllələdi… (Şuşinski F. “Şuşa” – Bakı – 1998, səh.189)

“… Anastas Mikoyanın təsirilə 1942-ci ilin yanvarında hazırlanmış azərbaycanlıların Qazaxıstana sürgün edilməsi planına Stalin səviyyəsində müqavimət göstərmək və bu planın ləğvi Mir Cəfər Bağırovun böyük xidmətidir.” (İ. İsmayılov “Azərbaycan – Türkiyə mədəni əlaqələri XX əsrdə” – Bakı, Azərbaycan Dövlət Neft Akademiyasının nəşri – 2004, səh. 71)
“Mir Cəfər Bağırovun “Nizami Gəncəvi” əlyazması ilə şöhrət qazanmaq istəyən, “Dağlıq Qarabağ erməni ölkəsidir” bəyan edən daşnaq yazıçıya böyük Nizaminin bu kəlamı ilə cavab vermişdir: — “Üzr istəyən düşməninə inanma, qapından qov”.
… Əgər Marietta Şaginyan “şəxsiyyətdirsə” onda Mir Cəfər Bağırov kimdir ? Düşmənlərindən güclü şəxsiyyət və əyilməz rəhbər!” (Teyyub Qurban “Marietta Şaginyanın əlyazmasına Mir Cəfər Bağırovun münasibəti və…”, “Nəbz” – 2001, 3-9 noyabr)
“1945-ci ilin noyabrında Ermənistan KP MK katibi Q. Arutyunov İ. Stalinə məktubunda yenidən Qarabağın Ermənistan SSR-ə verilməsi məsələsini qaldırdı. Özü də həyasızlıq o yerə çatdı ki, əgər həmin məsələ müsbət həll olunarsa, onda Qarabağın keçmiş mərkəzi və 1920-ci ildə dağıdılmış Şuşanın bərpası haqqında hazırlanmış əlavə təkliflərin də Mərkəzi hökumətə təqdim olunacağını bilidrirdi. Stalin həmin məktubu G.M. Malenkovun üstünə, o isə öz növbəsində cavab üçün onu Azərbaycan rəhbərliyinə göndərdi. Mir Cəfər Bağırov məktuba cavabında bildirdi ki, Azərbaycan həmin təklifə etiraz etmir. Bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər də onun özünə qaytarılsın. Belə bir şəraitdə məsələnin arzuolunmaz istiqamət ala biləcəyini başa düşən “ulu rəhbər” — Stalin bu təklifin gələcək inkişafına nöqtə qoyur. (A. Paşayev “Köçürülmə” – Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1995, səh. 7-8)
1997-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin məcburi köçkünlər və qaçqınlarla görüşündəki nitqindən”

     “Azərbaycanlıların öz dədə — baba torpaqlarından kütləvi deportasiyası İkinci Dünya Müharibəsindən sonra başladı. Yüz minlərlə insan Azərbaycan Respublikasında yerləşdirildi.
O ki, qaldı o dövrdə Mir Cəfər Bağırovun oynadığı rola – Mir Cəfər Bağırovun cəsarətli tədbirləri olmasaydı, indi bu ərazidə nə azərbaycanlılar, nə də ki, Azərbaycan dövləti vardı.”

                                                  Heydər Əliyev

                     Azərbaycan Respublikasının Prezidenti, Dekabr, 1997-ci il.

     Füzuli Baratov

Стандартный

67 Fazil Məmmədov — 85

                         Fazil Məmmədov  —  85

Mir Cəfər Bağırovun siyasi bioqrafı Fazil Həsənbala oğlu Məmmədov 1933 – cü il may ayının 3 – də Quba rayonunun Amsar kəndində peşəkar əkinçi və bağban ailəsində anadan olmuşdur. 1941 – 1947 – ci illərdə Qubada 7 illik təhsilini başa vurduqdan sonra 4 illik Quba Pedaqoji məktəbində oxumuşdur. 1950 – 1956 – cı illərdə təhsilini o zamankı S.M. Kirov adına ADU – da davam etdirmişdir. 1956 – cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra Azərbaycan SSR Mədəniyyət Nazirliyinə işə göndərilmişdir. 1956 – 1960 – cı illərdə burada işlədikdən sonra indiki M.F. Axundov adına Milli Kitabxanada fəaliyyət göstərmiş, elə buradan da təqaüdə çıxmışdır. Sənətşünaslıq elmləri üzrə Fəlsəfə Doktoru, Respublikanın Əməkdər Mədəniyyət işçisidir. O, Mir Cəfər Bağırov haqqında bir çox kitabların müəllifidir. Onun ümumiyyətlə 500 çap vərəqi həcmində nəşr olunmamış əlyazmaları var. Ailəlidir, iki övladı və iki nəvəsi var. Fazil müəllim hal – hazırda müəllifi olduğu “Mir Cəfər Bağırov” sənədli roman üzərində işləyir. “Kişi” adlı romanın proloqunu oxuculara təqdim edirəm. Onu da qeyd edim ki, bu cəfakeş alimin bu il mayın 3 – də 85 yaşı tamam olur. Ona cansağlığı arzulayırıq.

                                     Proloq

Əgər o qədim Romanın üsyankar qəhrəmanı Spartakın müasiri olsaydı haqq və ədalət uğrunda gördüyü işlərə görə baş ələmdar seçilərdi. Ərəstunun şagirdi İsgəndər Zülqərineynin həmyaşıdı olsaydı sərkərdəlik səriştəsinə  və məharətinə görə adını özünün fateh bayrağına həkk etdirərdi. Məhəmməd Peyğəmbər salavatullahın yanında olsaydı müsəlman dünyası qarşısındakı xidmətlərinə görə adı Həzrət Əli ilə qoşa çəkilərdi. Qədim rus elinin bahadırları Aleksandr Nevski, Dmitri Donskoy, Kuzma Minin, Aleksandr Suvorov və Mixail Kutuzovla bir cəbhədə vuruşsaydı qorxmazlığına, igidliyinə və şücaətinə görə onların hər birini heyrətə gətirərdi. Fəqət dünyaya möcüzəli Asiyanın qəlbi olan Azərbaycanın – onun dilbər guşəsi qədim Qubada – peyğəmbər şəcərəsindən olan seyid Mir Abbas Mir Bağır oğlunun evində dünyaya göz açdı. İsmini müsəlmanların 6 – cı imamı Cəfər Sadiqin mübarək adı ilə çağırdılar. Bu ecazkar diyarda böyüyüb boya – başa çatdı və tale ona doğma xalqına rəhbərlik etmək qismətini yetirdi. Azərbaycana rəhbərlik etdiyi 30 il ərzində doğma yurdu laləzara çevirdi, qurdu, tikdi, gələcək nəsillər üçün yeni Azərbaycan yaratdı. 1942 – 1950 – ci illərdə millətinin elliklə sürgün olunmasının qarşısını aldı, sipərə çevrildi. Böyük Vətən Müharibəsi illərində xalqın gücü ilə ölkəyə elə dayaq oldu ki, bütün respublika böyük qələbəyə ilk nail olanlardan sayıldı.
Azərbaycan rəhbərinə isə bu fəlakətli illərdə bəşəriyyəti faşizm bəlasından qurtarmaqda mühüm strateji rol oynayan neft və yanacaq məhsulları istehsalı, onun birbaşa döyüş cəbhəsinə vaxtında və artıqlaması ilə çatdırılması sahəsindəki müstəsna xidmətlərə görə Qızıl Ordunun ən yüksək hərbi rütbəsi olan Sovet İttifaqı Marşalı adı verilmişdir.
1949 – cu ilin son ayında İosif Stalin Kremldə ölkəmizə qonaq gəlmiş yarımdünya — Çin Xalq Respublikasının rəhbəri Mao Tsze Donla görüşərkən üzünü möhtərəm qonağa tutaraq demişdir: — Lütfən tanış olun ! Bu Qafqaz Qartalı Mir Cəfər Bağırovdur !
Ölkə başçısı — Stalinin bütün ömrü boyu siyasi etimad göstərdiyi Azərbaycan rəhbəri son nəfəsinə kimi ölkəyə və xalqa sədaqətlə xidmət etmiş, bu tarixi işlərinə görə milyonların yaddaşında əbədiləşmişdir.
Ucsuz – bucaqsız SSRİ – nin hər yerində və bütün müsəlman aləmində hamı onu dediyi sözün üstündə axıracan duran, iradəli, cəsur və qorxmaz bir adam kimi tanıyırdı. O, xüsusi əzmkarlığı, fövqəladə şücaəti, bacarığı və sonsuz qətiyyəti ilə dövlətin və xalqın böyük rəğbətini qazanmışdı. Məhz bu kimi nadir xüsusiyyətləri və cəhətlərinə görə xalq ona bütün müsəlman dünyasında ən ali insan dəyərlərini özündə birləşdirən və dərin məna daşıyan kişi adını vermişdi.
Dahi rəhbərin böyük fərəh və qürurla Qafqaz Qartalı adlandırdığı və xalqın xüsusi rəğbətlə kişi adlandırdığı bu möhtəşəm insan Azərbaycana rəhbərlik etdiyi dövrdə xalqımızın qəhrəmanlıq tarixinə zəfər salnaməsi yazmışdır. Gəlin doğma tariximizin bu şanlı zəfər salnaməsini birlikdə səhifələyək !

P.S. Fazil müəllimin Mir Cəfər Bağırova həsr etdiyi, arxiv sənədlərinə istinadən yazılmış “Kişi” romanı belə başlayacaq:

                          Böyük həyatın başlanğıcı

Müəllif, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru, Fazil Məmmədov

                               Birinci fəsil

Əlvida, ey mənim canım – ciyərim Quba !
Sən olduqca gözəlsən.

A.A. Bestujev – Marlinski

XIX əsrin sonu və XX əsrin əvvəllərində Qubada ictimai, siyasi və mədəni vəziyyətə dair fraqmentlər.

( Sentyabr 1896 – cı il — iyun 1913 – cü illər, Quba şəhəri )

                              İkinci fəsil

“Zehinli olsam da təhsilimi davam etdirməyimə maddi çətinliklər mane olurdu. Yalnız Quba Ali İbtidai məktəbin müəllim heyətinin bacarığıma heyfsilənmələri sayəsində mənim Petrovsk şəhərindəki 2 illik pedaqoji kursda dövlət hesabına oxumağıma şərait yarandı.”
Mir Cəfər Bağırovun 1923 – cü ildə yazdığı “Avtobioqrafiya” adlı arxiv sənədindən                 ( 1 iyul 1913 – 31 iyul 1918 – ci illər. Mahaçqala, Quba, Bakı )

  “Böyük həyatın başlanğıcı” yeniyetməlik, təhsil və müəllimlik illəri – xalqa doğru yönələn yollar və ilkin inqilabi fəaliyyətə aiddir.
Romanın həcmi 50 fəsil, 500 səhifədən ibarətdir.

 

        Mir Cəfər Bağırov saytının meneceri – Füzuli Baratov

 

Стандартный

66 Fazil Məmmədov

                          Böyük həyatın başlanğıcı

Müəllif, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru, Fazil Məmmədov

                               Birinci fəsil

Əlvida, ey mənim canım – ciyərim Quba !
Sən olduqca gözəlsən.

A.A. Bestujev – Marlinski

XIX əsrin sonu və XX əsrin əvvəllərində Qubada ictimai, siyasi və mədəni vəziyyətə dair fraqmentlər.

( Sentyabr 1896 – cı il — iyun 1913 – cü illər, Quba şəhəri )

                              İkinci fəsil

“Zehinli olsam da təhsilimi davam etdirməyimə maddi çətinliklər mane olurdu. Yalnız Quba Ali İbtidai məktəbin müəllim heyətinin bacarığıma heyfsilənmələri sayəsində mənim Petrovsk şəhərindəki 2 illik pedaqoji kursda dövlət hesabına oxumağıma şərait yarandı.”
Mir Cəfər Bağırovun 1923 – cü ildə yazdığı “Avtobioqrafiya” adlı arxiv sənədindən                 ( 1 iyul 1913 – 31 iyul 1918 – ci illər. Mahaçqala, Quba, Bakı )

  “Böyük həyatın başlanğıcı” yeniyetməlik, təhsil və müəllimlik illəri – xalqa doğru yönələn yollar və ilkin inqilabi fəaliyyətə aiddir.
Romanın həcmi 50 fəsil, 500 səhifədən ibarətdir.

Стандартный

65 — Mir Cəfər Bağırov və Həzi Aslanov

              Mir Cəfər Bağırov və Həzi Aslanov

…Son zamanlar Mir Cəfər Bağırov və Həzi Aslanov münasibətlərinə qərəzli nağıllar söyləyən  müəyyən adamlar az da olsa var və onlar öz  uydurmaları ilə  Bağırov şəxsiyyətinə kölgə salmaq istəyənlərdir. Bununla əlaqədar mən Mir Cəfər Bağırovın böyük bacısı Seyid Məsumənin nəvəsi Məmmədtağı Bağırova müraciət etdim.

      Məmmədtağı Bağırovun dediklərindən:

— Əvvəla onu deyim ki, görkəmli sərkərdə, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun bütün həyatını, fəaliyyətini öyrənən arxiv  tədqiqatçısı Musa Bağırov 6 aprel 2003 — cü il tarixli “Yeni Azərbaycan qəzeti”ndə yazır:

“… Elə Həzi Aslanovun öldürülməsi faktını göstərmək istəyirəm. Yəni bundan çox danışmışıq. Ona görə də qısa da olsa marşal Baqramyanın “əməyinin nəticəsi” kimi o cür igid eloğlumuzu qətlə yetirənin məhz erməni millətin nümayəndəsi olduğunu heç vaxt unutmaq olmaz. Onu da deyim ki, bu faktların hamısının üzə çıxması üçün mənə illərlə gərgin axtarış aparmaq lazım gəlib. Bir də görürsən bir nəfər alim, ya tədqiqatçı çıxır televiziyaya və başlayır ki, arxivdə belə bir sənəd var. Əslində, heç bir sənəd — filan yoxdur. Bu faktların hamısını mən canlı şahid ifadələrindən toplamışam. Bu yaxınlarda televiziyada bir nəfər danışır ki, “…mən Bağırovun cangüdəni olmuşam. Bəs, Bağırov çağırdı ki, Aslanov, sən gərək Azərbaycanın müdafiə naziri olasan, o da qayıtdı ki, yoldaş Bağırov, mən cəbhəyə qayıtmaq istəyirəm. Ondansa başıma bir güllə vurun”.

Ay kişi, Həzi Aslanov müharibə başlanandan sonra Bakıda olmayıb. Evlənib, ailəsi gedib yanına, sonra ailəsini yola salıb Azərbaycana, onlar da 6 aya gəlib çıxıblar vətənə. Burda onlara artıq yas məclisi də veriblərmiş…

Stalinin qəbulunda olan adamların siyahısı olubmu?

— Bəli. Bu haqda jurnal da çap olunub. Bax: Jurnal poseşeniy İ.V.Stalina. İstoriçeskıy arxiv – 1996 — № 2 — 4. Onu da deyim ki, mən bu yaxınlarda Axundov adına kitabxanada “Bakinskiy raboçiy” qəzetində dərc olunmuş bir yazıya rast gəldim. Orada Həzi Aslanov Azərbaycan xalqına müraciət edir və məktubda göstərir ki, “…biz döyüşlərdə möhkəm qələbə çalmaq əzmindəyik. Onu da, əlavə edir ki, mən Azərbaycan, Lənkəran, anam üçün, yoldaşım və uşaqlarım üçün çox darışmışam. Ancaq biz and içmişik ki, yurdumuzdakı axırıncı alman məhv edilənə qədər döyüşəcəyik”.

Məktubun surətini oxuculara təqdim edirəm:

  ПИСЬМО С ФРОНТА ГЕРОЯ СОВЕТСКОГО СОЮЗА

         ГВАРДИИ ПОЛКОВНИКА АЗИ АСЛАНОВА

ТРУДЯЩИМСЯ АЗЕРБАЙДЖАНА

     29 января 1943 г.

Дорогие друзья, земляки мои — трудящиеся Азербайджана!

Часть, которой я командую, бьется под Сталинградом. У стен города — героя закалились наша стойкость и мужество. Здесь вызрела наша лютая ненависть к врагу. Здесь мы налились силой и яростью для решительного наступления.

Наша часть с честью и славой выполнила все задания командования. Точно в назначенный час была прорвана вражеская линия обороны. Быстрые танки преследовали бегущих гитлеровцев. Стойко мы выдержали натиск резервных немецких танковых дивизий, измотали их и снова пошли вперед.

Правительство и командование высоко оценили мужество и отвагу личного состава. Часть преобразована в гвардейскую. Свыше 100 бойцов и командиров награждены орденами и медалями Союза ССР. Мне присвоено звание Героя Советского Союза.

Радостно сообщить это вам, землякам. Радостно будет узнать вам, как плечом к плечу со всеми народами Отчизны честно бьются с заклятым врагом сыны Азербайджана.

Мне бы очень хотелось побывать в Ленкорани, повидать мать, жену, детей. Но сейчас это невозможно. Мы поклялись биться до тех пор, пока последний немец не будет уничтожен на нашей земле. Победу мы куем вместе.

Удвойте усилия, дорогие товарищи, славные бакинские нефтяники, оружейники, колхозники. Ускорим и мы, бойцы, свой шаг.

День победы близок! Мы уверены в ней!

Герой Советского Союза, гвардии полковник Ази Асланов

   “Бакинский рабочий”, 29 января 1943 г.

Yeri gəlmişkən bir məlıumatı da oxucuların diqqətinə çatırıram: “Вчера Н-ская часть получила колонну танков им. Мир Джафара Багирова, построенную на средства трудящихся Азербайджана. В торжественной обстановке экипажам были переданы 47 новых танков.

См.: Газета “Бакинский рабочий”. 28 февраля 1945 года”.

Söhbətləşdi:

Mir Cəfər Bağırov saytının meneceri  Füzuli Baratov

Стандартный

64

Şair Vahid Əzizin “Mir Cəfər” poemasına münasibət

Şair Vahid Əziz  “Azərbaycan” jurnalının noyabr 2015 – ci il nömrəsində  20 il Azərbaycana rəhbərlik etmiş Mir Cəfər Bağırova həsr etdiyi “Mir Cəfər” poemasını nəşr etdirmişdir. “Təzadlar” qəzetinin 31 yanvar 2018 – ci il sayında uzun zaman respublikamızda müxtəlif rəhbər vəzifələrdə işləmiş titul və mükafatlarını saymaqla qurtarmaq bilməyən görkəmli qocaman ziyalımız, ucaman insan Sadıq Nəbi oğlu Murtuzayevin şair Vahid Əzizin “Mir Cəfər” poeması haqqında (Gecikmiş yazı) — sı dərc olunmuşdur. Buna görə çox hörmətli Sadıq müəllimə təşəkkürümüzü bildiririk.

Poemada yer verilən bəzi məqamlara aydınlıq gətirmək üçün Mir Cəfər Bağırovun böyük bacısı Seyid Məsumənin nəvəsi Məmmədtağı Bağırovdan müsahibə almağı qərara aldım.

  • Siz Vahid Əzizin “Mir Cəfər” poemasını və “Qızıl Qələm” mükafatı laureatı,

professor Sadıq Murtuzayevin məqaləsini oxumusunuz. Hiss edirəm ki, poemadakı bəzi fikirlərə aydınlıq gətirmək lazımdır.

-Əvvəla şair Vahid Əzizə də, böyük el ağsaqqalımız Sadıq müəllimə də Mir Cəfər Bağırova öz vətəndaşlıq mövqelərindən yanaşmalarına görə öz təşəkkürümü bildirirəm. Artıq Mir Cəfər Bağırovun “buzu” əriməkdədir. Bunu arxiv sənədləri əsasında yazılan kitablardan görmək mümkündür. Gözəllik, lirik və nəğməkar şairimiz Vahid Əziz bir növ Mir Cəfər Bağırovun respublikaya rəhbərlik etdiyi dövrdə onun xeyirxah əməllərini bədii formada təsvir edir. Mən bir şeyə aydınlıq gətirim ki, 1937 – 1938 – ci illərdə poemada adı çəkilən Stepan Yemelyanov 1937 – ci il hadisələrində Bakının Kirov rayonu Partiya Komitəsinin I katibi idi. O, Yejov SSRİ Daxili İşlər Nazirliyindən çıxarılıb 1938 – ci ildə həbs olunandan sonra respublika “KQB” – sinin sədri olmuşdur. O, poemada daşnaq kimi təsvir olunub. Əslində Stepan Yemelyanov tatar əsilli rus olub. Tatarıstandan öz valideynləri ilə köçüb Azərbaycanda yaşayanlardandır. 1937 – 1938 – ci il repressiyalarında isə “KQB” – nin başçısı Sumbatov (Topuridze) Yuvelian Davudoviç (1934 – 1938) olub. Onu da qeyd edim ki, SSRİ prokuroru P. Rudenkonun arayışında yazılıb ki, onu xəstə olduğu üçün onun üzərində istintaq işi dayandırılmışdır. (“Mir Cəfər Bağırovun məhkəməsi”, Bakı – Yazıçı, 1993, səh.118  F. B.)

Çoxları üçün hələ də qaranlıq olan 1937 – ci ilin avqustun 5 – dən 1938 – ci ilin sentyabrına kimi davam edən “SSRİ Xalq Daxili İşlər Komissarının 30 iyul 1937 – ci il tarixli 0044 nömrəli qərarı” ilə 15 ay davam edən repressiyaya müttəfiq respublikaların heç bir rəhbər işçisinin müdaxilə etməyə səlahiyyəti yox idi. Formal olaraq respublikaların “üçlük”lərinin sədrləri respublikaların  Xalq Komissarlarının sədrləri idilər. Çox təəssüflər olsun ki, keçmiş ANS – in və indiki Xəzər TV – nin aparıcılarından olan Həmid Herisçi ANS – dəki “Şəxsiyyət  vəsiqəsi” verilişlərindən birində Mir Cəfər Bağırovu “üçlüy”ün üzvü kimi təqdim edib. Tarixdən xəbəri olmayıb tarixdən danışanlar gələcək nəsillər üçün mənəvi faciəyə səbəb olan çaşğınlıq yaradırlar.

Yeri gəlmişkən onu da deyim ki, keçən il “Bizim yol” qəzetində və kulis.az saytında həkim, Tibb Universitetinin müəllimi, bəzi telekanallarda özünü gülüş hədəfinə çevirən Rəşid Mahmudov müsahibəsində deyib: “Azərbaycanın heç bir şairini nə Səməd Vurğun, nə Süleyman Rüstəm satıb. Satqın iki əclaf olub: Məmməd Səid Ordubadi və Məmməd Rahim.” Guya o da bunları “KQB” – nin arxivindən oxuyub.

Vallah, eyibdir, sonra deyirlər ermənilərin siyasəti bizimkindən güclüdür. Son vaxtlar tarixdən xəbəri olmayanlar, tarixi uyduranlar müxtəlif hadisələrə bəd nağıl, rəvayət kimi baxırlar.

“Yeni Azərbaycan” qəzetinin 6 aprel 2003 – cü il nömrəsində Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun arxiv tədqiqatçısı Musa Bağırov yazır: “Bu yaxınlarda televiziya  verilişlərindən birində bir nəfər özünü Mir Cəfər Bağırovun cangüdəni olduğundan danışır. Həmin adam danışır ki, Stalin azərbaycanlıları sürgün etmək istəyibmiş: “ Mir Cəfər Bağırov götürdü məni getdik Stalinin yanına. Bir tapança onun belində, biri də mənim. Mən oturdum qəbul otağında, Bağırov girdi Stalinin yanına. Dedi, əgər Stalin köçürmə planını dəyişməsə başına bir güllə çaxacam.” Axı bu söhbəti efirə verənlər özləri xəcalət çəkməlidirlər. Stalinin qəbuluna silahla girmək, nə bilim belə boş söhbətlər o illərdən xəbəri olmayanların söhbətləridir. Hər deyiləni götürüb efirə vermək olar?”

  • Stalinin qəbulunda olan insanlar barədə sizin məlumatınız varmı?
  • Bəli.

1996 – cı ildə Moskvada “İstoriçeskiy arxiv” jurnalının II nömrəsində 20 – ci səhifədə bu haqda məlumat vardır. Orada Stalinin qəbulunda kimlərin olması, ayın tarixi, ili, ayı və neçə dəqiqə qəbulda olması barədə məlumat var.

Yuxarıda Rəşid müəllim göstərir ki, Səməd Vurğun və Süleyman Rüstəm adam satmayıb. Bu həqiqətdir. Səməd Vurğun adam satmasa da 1937 – 1938 – ci illərdə bir çox ziyalıları “ifşa” edib. O cümlədən 1954 – cü ildə Bakıda keçirilən 12 – 16 fevral tarixli qurultayda demişdir:

     “Mən çıxışımın axırında demək istəyirəm ki, partiya təşkilatımız Mir Cəfər Bağırova bizim münasibətimizi müəyyən etməlidir. Mən qurultaya təklif edirəm: Sov. İKP MK – dan xahiş edilsin ki, Mir Cəfər Bağırov Azərbaycan KP MK – nın tərkibindən çıxarılsın. Sonra xahiş edilsin ki, o, Sov. İKP MK tərkibindən çıxarılsın. Ali Sovet deputatlarının tərkibindən geri çağırılsın və törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilsin. (Alqışlar).”

Beləliklə şair Moskvanın, Xruşşovun, Mustafayevin diktəsini canla – başla yerinə yetirmiş oldu və ona görə də 1954 – cü ilin martın 29 – da Mir Cəfər Bağırov öz Moskvadakı mənzilində həbs olunub Lefortova zindanına salındı. Səməd Vurğunun bu “zəhməti” hədər getmədi. Ona xidmətinə görə 1956 – cı ildə Azərbaycan SSR Ali Sovetinin sədri Mirzə İbrahimovun fərmanı ilə Xalq Şairi adı təsis olundu və birinci bu ada layiq görülən ilk Azərbaycan şairi Səməd Vurğun oldu. Üstəlik Bakıdakı Qırmızı Ordu küçəsinin adı dəyişdirilərək Səməd Vurğun küçəsi adlandırıldı. Buna etiraz olaraq Sovet İttifaqı marşalı Jukov Azərbaycan rəhbərliyinə irad bildirsə də, Nikita Xruşşovun sifarişi Səməd Vurğunun xeyrinə nəticələndi. Onu da deyim ki, Mir Cəfər Bağırov hələ 1949 – cu ilin yanvarında Lerik rayonunun Kürdəsər kənd sakini, gənc yazar Mir Cəfər Bağırovun qəbulunda olmuş, Bağırova müraciət edərək bildirmişdir ki, o, Xalq Şairi olmaq istəyir. Mir Cəfər Bağırov gənc yazara demişdir:

“Xalq şairi olmaq hər hansı bir şairin özündən və istəyindən asılı deyildir. Bu adı ona heç bir hökumət və partiya da verə bilməz. Bu qiymət nadir söz sərraflarına xalqın özü tərəfindən verilir.”

Onu da qeyd edim ki, Səməd Vurğundan fərqli olaraq 1956 – cı ildə Mir Cəfər Bağırovun qondarma məhkəməsindən iki ay qabaq məhkəmənin anonsu verilmişdir. Sov. İKP – nin XX qurultayında Azərbaycan KP MK – nın I katibi İmam Mustafayev məruzəsində demişdir ki, Mir Cəfər Bağırov 1937 – ci il repressiyalarına cavab verməlidir. O cümlədən, 1925 – ci ilin martında Moskvada vəfat edən Nəriman Nərimanovu da, 1930 – cu ildə Moskvada uzun sürən xəstəlikdən sonra vəfat edən Azərbaycan SSR MK sədri Səmədağa Ağamalıoğlunu da 1937 – ci il qurbanlarının siyahısına daxil etmişdir.

     Zəruri qeyd: Mir Ağa Bağırov 1918 – ci ilin məlum Quba mart qırğınlarında şəhid olduqdan sonra onun iki qızı və bir oğlu salamat qalmışdır. Şəhid Mir Ağanın böyük qızı Seyid Nərgiz 1924 – cü ildə Həsən bəy Talıbovla ailə qurmuş, ikinci qızı 1912 – ci ildə anadan olmuş  Seyid Səkinəni Mir Cəfər Bağırov övladlığa götürmüşdür. 1914 – cü ildə anadan olmuş Seyid Məmmədi isə o vaxt Daxili İşlər Naziri vəzifəsində işləyən Mir Cəfər Bağırov onunla yaxşı münasibəti olan Səmədağa Ağamalıoğlunun himayəsinə vermişdir. Səmədağa Ağamalıoğlu indiki Bakı İqtisad Universiteti ilə üzbəüz Köhnə Kommunist (indiki İstiqlal) küçəsində ikinci mərtəbədə yaşayırdı və balaca Seyid Məmməd köhnə Bakı Soveti, indiki İçəri Şəhər metrosu ilə üzbəüz olan məşhur məktəbdə oxuyurdu. Anasından ayrı yaşaya bilməyən balaca Seyid Məmməd Qubaya, anasının yanına qaçır.

1930 – cu ilin oktyabrında Mir Cəfər Bağırov Moskvada Səmədağa Ağamalıoğlunun dəfnində iştirak edib.

1948 – ci ildə Mir Cəfər Bağırovun və Teymur Quliyevin sərəncamı ilə Bakıda Fəxri Xiyaban yaradıldıqdan sonra Səmədağa Ağamalıoğlunun cənazəsinin qalıqları Moskvadan Bakının Fəxri Xiyabanına köçürülmüşdür. Necə ola bilər ki, 1930 – cu ildə ildə Moskvada öz əcəli ilə ölmüş bir adamı 1937 – ci ildə Bakıda Mir Cəfər Bağırov repressiya olunanlar siyahısına saldırsın?

  • Rəşid həkimin Məmməd Səid Ordubadiyə və Məmməd Rahimə “əclaf” deməyinə sizin münasibətiniz maraqlı olar.

—  “Hümmət” qəzetinin redaktorluğundan başlamış “Vətən və hürriyyət”, “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Qılınc və qələm” və başqa romanların, “Nərgiz”, “Koroğlu”, “Nizami” operalarının, çox sayda poemaların və nəsr əsərlərinin müəllifi olan dahi insan Məmməd Səid Ordubadiyə, müttəfiq respublikalarda oxşarı olmayan simaya çirkab atmaq Rəşid həkimin mənəvi haqqı yoxdur.

Məmməd Rahimə gəldikdə isə düzdür, Rəsul Rza da, Səməd Vurğun da, Süleyman Rüstəm də 30 – cu illərdə müsavatçılara həcvlər yazmışlar. Bunlar faktdır. Məmməd Rahimə və Məmməd Səid Ordubadiyə ona görə çirkab atırlar ki, onların indiki dövrdə imkanlı qohum – qardaşları yoxdur. Sənətkara və ictimai xadimə zaman və xalq qiymət verməlidir. Rəşid həkimin bu cür qərəzli çıxışlarını bağışlamaq olar, çünki o arxivdə olmayıb, sadəcə başqalarından eşidib. Bizim tarixlə məşğul olan bəzi ziyalılarımız isə ağa qara deməklə məşğuldurlar. Onlara misal Ədalət Tahirzadəni, Firidun Cəlilovu, Şəmistan Nəzirlini və başqalarını göstərmək olar.

  • Anarın Mir Cəfər Bağırov haqqında çəkdiyi filmə münasibətiniz.

-Ədalət Tahirzadə Mir Cəfər Bağırovun zindan həyatını təsvir edir və oxuculara  bir fotoşop da təqdim edir. Aydınlaşdırılıb ki, həmin şəkil Mir Cəfər Bağırova aid deyil. Bağırov zindan həyatı yaşamayıb. O, 1956 – cı ildə hökm oxunanda bir həftə sonra, mayın 5 – də güllələnmişdir. Zindan həyatı uydurmadır. Keçən müsahibəmdə demişdim, Ədalət Tahirzadə kor və kardır. Kordur ona görə ki, Azərbaycan prezidenti İlham Heydər oğlu Əliyevin sədrliyi ilə 2011 – ci ildə nəşr olunmuş Azərbaycan Milli Ensiklopediyasının III cildinin 29 – cu səhifəsində Mir Cəfər Bağırovun doğulduğu il və 1956 – cı il may ayının 26 – da (əslində mayın 5 – də) güllələnməsi haqqında məlumat var. Kardır ona görə ki, Mir Cəfər Bağırov haqqında nəşr olunan və danışılan həqiqətləri eşitmir.

Firidun Cəlilov isə (bu günkü təhsilimizi bərbad günə qoyan) “Günaz” TV – də çıxışında deyib ki, Mir Cəfər Bağırov azərbaycanlıların sürgün olunmamasını azərbaycanlılara olan məhəbbətindən yox, guya azərbaycanlılar olmasa  onun vəzifəsi əlindən çıxacağına görə sürgünə etiraz edib. Əhsən belə kəşfə.

Şəmistan Nəzirli isə Azərbaycan generalları haqqında əsərlərində  Bağırov və Şıxlinskini  bir – birinə düşmən edir. Halbuki, arxiv sənədlərinə əsaslanan yazılarda bunun əksinin şahidi oluruq. Professor Nəsib Nəsibli isə 37 – ci illərdə Bağırovun 80 min azərbaycanlının cəzaya məruz qoyduğunu göstərir. Bununla demək istəyirəm ki, Mir Cəfər Bağırovun bostanına daş atanlar bilməlidirlər ki, yalanın ömrü arxivə qədərdir.

  • Tağı dayı, sizi yordum. Ancaq suallarım çoxdur. Məhəbbət şairi, lirik şair Vahid Əzizin Mir Cəfər Bağırova münasibətinə rəy bildirdiniz. Şair Rəsul Rza da 1958 – ci ildə Mir Cəfər Bağırova həsr etdiyi «Qızıl gül olmayaydı” şerini yazıb. Buna münasibətiniz necədir?

-Rəsul Rza haqqında onu deyim ki, “Qızıl gül olmayaydı” poemasını 1958 – ci ildə yazıb və 1962 – ci ildə “Pəncərəmə düşən işıq” kitabında 8 min nüsxə ilə çap olunub. Rəsul Rzanın qaynatası, yəni Nigar Rəfibəylinin atası Xudadat bəy Gəncə qubernatoru olub və keçən əsrin 20 – ci illərində Sovet hökumətinə qarşı üsyan qaldıranlara rəhbərlik edib. Buna baxmayaraq Mir Cəfər Bağırov onun qızı Rəfibəylini və başqa qohumlarını sovet cəza dəstələrinin onlara qarşı olan bəd niyyətlərinin qarşısını alıb. Rəsul Rzanın “Qızıl gül olmayaydı” poemasında Bağırovu şərləməsi başa düşüləndir. Çünki, həmin illərdə Mir Cəfər Bağırovun qondarma məhkəməsinin qanunları hələ qüvvədə idi. Məni təəssüfləndirən odur ki, oğlu Anar 2000 – ci ildə heç bir arxiv sənədinə istinad etmədən “İblis” telefilmini çəkmişdir. Bu film heç bir tarixi sənədə, heç bir rəsmi arxiv sənədinə əsaslanmır. Şər və böhtan kompaniyası Rəsul Rza dövründə labüd idi, arxivlərin bağlı olduğuna görə. Bu başa düşüləndir. Müstəqil Respublikamızda arxivlərin açıq olduğu bir vaxtda film şər nağılları və rəvayəyətləri əsasında çəkilmişdir. Bağırov rolunu oynayan deyir: “Məni şaqqalamaq lazımdır.” Əslində Mir Cəfər Bağırov son sözündə demişdir: “Əgər repressiyalarda və başqa işlərdə mənim günahım varsa məni güllələmək yox, asmaq yox, şaqqalamaq lazımdır.”

  • Tağı dayı, professor Sadıq Murtuzayev yazısında Mir Cəfər Bağırovun cənazəsinin qalıqlarını Nargin adasından gətirilib oğlunun yanında dəfn olunduğunu göstərib.

— Sadıq Murtuzayev belə məlumat yazıb. Ancaq Mir Cəfər Bağırovun cənazəsinin qalıqları Qobustan rayonunun ərazisindəki keçmiş Sovet hərbi bazalarının qəbirsanlığında aşkar olunmuşdur. Bu da tarixin bir təsadüf və möcüzəsidir ki, Mir Cəfər Bağırovun cənazəsinin qalıqları 2016 – cı il 6 oktyabrda 120 yaşı tamam olan gün şəhid oğlu Cahangirin yanında torpağa tapşırılmışdır. Söhbətimin axırında çəkdikləri zəhmətlərinə görə, fədakarlıqlarına görə el ağsaqqalı, ucaman Sadıq Murtuzayevə və məhəbbət şairi Vahid Əzizə xoş arzularımı bildirirəm və Vahid Əzizin bir şeri ilə xudafisləşirəm:

      Şair qaranquş kimidir –

      Öldürən bədbəxt olacaq…

    Söhbətləşdi: Mir Cəfər Bağırov saytının meneceri, tədqiqatçı jurnalist Füzuli Baratov

 

Стандартный

63 — Mərkəzi Kəşfiyyat İdarəsinin məxfiliyi açılmış sənədləri haqqında

               MKİ yarım əsrdən sonra Mingəçevirdəki terroristlərin qərargahı haqqında

Müəllif: MKİ – nin məlumat şöbəsi

haqqın.az saytının 19 yanvar 2017 – ci il tarixində yaydığı xəbərə görə MKİ (Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi – F. B.) təxminən milyona yaxın məxfiliyi açılmış sənədi internetə yerləşdirib. Sənədlərlə ilk tanışlıq göstərir ki, MKİ – nin nəhəng arxivində Cənubi Azərbaycandakı (Şimali İran) üsyanla əlaqədar heç bir məxfi sənəd olmayıb. Onlardan biri 1953 – cü il noyabr tarixli CİA RDP81 01036R000100100030 7 nömrəli sənəddir və onun tərkibindəki məlumatlar SSRİ və İran arasındakı münasibətlərin məlumat hesabatlarıdır ki, onun da əsas mövzusu Cənubi Azərbaycanda separatçı hərəkatın yaranması təşkil edir.

Hesabatda deyilir ki, 1953 – cü ilin sentyabrından başlayaraq Təbrizdəki tərəfdarları ilə daim əlaqə saxlayan Bakıda Nefxsunun rəhbərliyi altında Azərbaycanın inqilabi azadlıq komitəsinin fəallığı müşahidə olunur. Hesabatda o da qeyd olunur ki, komitənin fəaliyyəti ölkənin hərbi və dövlət rəhbərliyi tərəfindən bəyənilsə də Kommunist partiyası tərəfindən tam dəstəklənmir.

Sonra hesabatda Qafqazdakı qeyri – stabil siyasi vəziyyətdən, Beriyanın həbsindən sonra qismən də Gürcüstandakı vəziyyətdən partiya rəhbərliyinin narahatçılığı barədə sübutlar göstərilir. Zaqafqaziyada davam edən siyasi böhran Cənubi Azərbaycandakı üsyanı dayandırdı və İranla münasibətlərin başqa planlarını da müvəqqəti təxirə saldı.

Hesabatda göstərilir ki, SSRİ – nin İrandakı səfiri Lavrentyev Kremli Cənubi Azərbaycanda separatçı üsyanın yaranması üçün həlledici fəaliyyət göstərməyə çağırır. Hesabatda deyilənə görə guya Kreml Malenkovun “Tudə” partiyasının rəhbərliyi ilə İran Kommunist Partiyasının yaranmasına tərəf çox meyl göstərir. Hesabata uyğun olaraq, general Smolev və başqa Sovet hərbi komandirləri İranla sərhəddə Azərbaycanın sosialit hərəkatını qeyri – effektiv sayır və üsyan təşkilatını partizanların əlinə verməyi təklif edirlər.

Elə həmin vaxtda, hesabatda göstərilir ki, Qafqazdakı Klara Setkin adına düşərgədə Cənubi Azərbaycanda keçiriləcək aksiya üçün terrorist hazırlığı davam edir. Hərəkatın qərargahı Tiflisdən Mingəçevirə köçürülür.

Beləliklə, aydın olur ki, Şimali və Cənubi Azərbaycanın birləşməsi planı 1946 – cı ildə unudulmamışdı, hətta uzun müddət Sovet hökumətinin diqqət mərkəzində qalmışdır. Qeyd etmək lazımdır ki, hesabatda xüsusi adı çəkilən Beriyanın həbsi və onun ardınca 1954 – cü ildə Mir Cəfər Bağırovun həbsi Cənubi Azərbaycanın İrandan ayrılması planının pozulmasında əsas rol oynadı.

Indi gəlin Tanınmış tədqiqatçı Teyyub Qurbanın arxiv materiallarına istinadən yazdığı Düşmənlərindən Güclü Şəxsiyyət” kitabının I cildindən “Mir Cəfər Bağırov və Cənubi Azərbaycan” yazısına diqqət edək:

Mir Cəfər Bağırov Cənubi Azərbaycana bütov Azərbaycanın böyük hissəsi kimi baxırdı. Xəyalən Xudafərin körpüsündən keçərək qardaş elləri qarış — qarış gəzirdi. Cəmil Həsənlinin kitabında respublika rəhbərinin qeyri — rəsmi olaraq Təbrizə gedib — qayıtmasına dair maraqlı bir məlumat vardır. Arxiv sənədlərindən birində bu məxfi səfər barədə Mir Cəfər Bağırovun özü belə yazır: “Mən Naxçıvanda olarkən, oradan üç — dörd saatlığa Təbrizə getdim… Təbrizdə bir yerdə yeddi — səkkiz qız və oğlan uşağına rast gəldim və onlarla danışmaq istədim. Ancaq mən maşını saxlayan kimi onlar qaçdılar. Mən uzaqdan Azərbaycan dilində onlara dedim: “Bura gəlin”. Mənim Azərbaycan dilində danışdığımı eşidən kimi hamısı qayıdıb yanıma gəldi. Cənubi Azərbaycan torpağı bizim xalqımızın əsl ana torpağıdır”.

Cənubi Azərbaycana göndərilən işçilərə xeyir — dua verən Mir Cəfər Bağırov belə görüşlərdən birində demişdi: “Sizin vəzifəniz olduqca məsul və olduqca şərəflidir. Siz bu şərəfli vəzifəni yerinə yetirməklə yüz illərlə ikiyə bölünmüş qardaşların arzusunu yerinə yetirmiş olacaqsınız. Siz uzun müddətdən bəri bir — birindən ayrılan qəlbi, məhəbbəti, duyğunu birləşdirmiş olacaqsınız. Bu, namus, qeyrət, sədaqət və məhəbbət məsələsidir”.

…Mir Cəfər Bağırov “uzun müddətdən bəri bir — birindən ayrılan qəlbi, məhəbbəti, duyğunu birləşdirmək” işində həmişə Mir Cəfər Pişəvərinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Tudə Partiyası Azərbaycan Demokratik Partiyasına çevriləndən sonra bu partiyaya rəhbərliyin Pişəvəriyə tapşırılması ilə əlaqədar o, Stalinə məktubunda yazırdı: “Azərbaycan Demokratik Partiyasına rəhbərlik etmək demokratik dairələrdə böyük nüfuzu və hörməti olan, Tehrandakı “Ajir” qəzetinin redaktoru Mir Cəfər Pişəvəriyə tapşırıldı”.

Mir Cəfər Bağırovun Moskvaya ünvanlanan digər məktubunda deyilirdi: “Pişəvəri İran Azərbaycanında doğulub. Kommunist Partiyasının keçmiş üzvüdür. Sovet Azərbaycanında uzun müddət məsul partiya — sovet vəzifələrində çalışıb. 1927 — ci ildə Komintern tərəfindən İrana göndərilib. Rza şah hökuməti tərəfindən həbs edilən Pişəvəri 10 il həbsdə yatmış və Sovet qoşunları 1941-ci ildə İrana daxil olduqdan sonra azad edilmişdir. Onun iki doğma qardaşı Sovet İttifaqında yaşayır. Onlardan biri Qızıl Ordudadır, tibbi xidmət kapitanıdır”.

“Mir Cəfərsiz Azərbaycan” başlığı ilə verilmiş səhifəyə də nəzər yetirsək görərik ki, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatları həqiqətə nə qədər yaxındır.

…Mir Cəfər Bağırovdan sonra Bakıya gələn daşnak xislətli “mötəbər qonaqların” ünvanına bu sözləri deyənlər tapılmadı. Mikoyanların, şaumyanların, şaginyanların Azərbaycana səfərləri adi hal aldı. Onları nəvazilə, gül — çiçəklə qarşıladılar, süfrənin baş tərəfində əyləşdirdilər. Hər şeydən əvvəl Mir Cəfər Bağırovun ruhunu incitdilər.

Nəticəsi nə oldu? Azərbaycanın əzəli torpaqları qarış — qarış, oba-oba, rayon — rayon bədnam qonşuların ixtiyarına keçdi.

1955 — ci ildə M.C. Bağırov (Həqiqət budur ki, Mir Cəfər Bağırov 1954 – cü ilin mart ayında Moskvada yaşadığı evində həbs olunmuşdur – F. B.) Kuybışev şəhərində həbs olunanda Moskvanın yüksək dairələrində “dövlət sərhəd xəttinin dəyişdirilməsi” bəhanəsiylə Azərbaycanın ərazi bütövlüyünə qayçı uzadıldı. “Kommunist” qəzetinin 1955-ci il 26 aprel sayındakı “SSRİ Ali Soveti İttifaq Sovetinin və Millətlər Sovetinin xarici işlər komissiyalarında” sərlövhəli xəbərində oxuyuruq: “Azərbaycan SSR xarici işlər naziri M.Ə. Əliyev demişdir ki, dövlət sərhəd xəttinin dəyişdirilməsi onlarla kvadrat kilometr torpağın Azərbaycan SSR-dən Ermənistana keçməsi olsa da Azərbaycan SSR təklifə tərəfdardır”.

Sonrakı illərdə Azərbaycan torpaqlarının “qardaş Ermənistana” pay verilməsinə dair Moskvanın təkliflərinə də Azərbaycan SSR tərəfi 1955 — ci ildəki cavabı təkrar etmişdir:     “Bu, onlarla kvadrat kilometr torpağın Azərbaycan SSR — dən Ermənistana keçməsi olsa da, Azərbaycan SSR təklifə tərəfdardır.

Mir Cəfər Bağırov 1955 — ci ildə həbsdə olmasaydı, bu razılığı ilk dəfə Moskvada rus və erməni deputatlar qarşısında bəyan edən xarici işlər nazirinin dilini kəsərdi, ona “cəlladbaşı” damğası vursalar da, bunu edərdi. Çünki torpaq məsələsi M.C.  Bağırov üçün qeyrət məsələsi idi. XX əsrin sonlarında “ruhən, mənəviyyatca və əməlcə Azərbaycan xalqına yad olan Bağırov” deyib hayqıran qaragüruhçuların nə dilini kəsən var, nə də onlara gözün üstə qaşın var deyən. Doğruçu şahidlər isə bunun tamam əksini deyir: “Ruhən, mənəviyyatca və əməlcə Azərbaycan xalqına doğma olan Bağırov”.

Yenə də Teyyub Qurbanın Düşmənlərindən Güclü Şəxsiyyət” kitabını III cildinin Mir Cəfər Bağırov və Hüseyn Cavid bölməsindən oxuyuruq:

1937 — ci ildə və sonrakı illərdə repressiyalar SSRİ — nin hər yerində İttifaq Daxili İşlər Komissarlığı tərəfindən hazırlanmış və hökumət tərəfindən təsdiq olunmuş ssenari əsasında keçirilirdi. 1939 — cu il yanvar ayının 1 — dək SSRİ üzrə 1 milyon 317 min 195 nəfər repressiyaya məruz qalmışdı. Onlardan 830 min 491 nəfəri rus, 181 min 905 nəfəri ukraynalı, 44 min 785 nəfəri belorus, 24 min 499 nəfəri özbək, 19 min 758 nəfəri yəhudi, 18 min 572 nəfəri alman, 17 min 123 nəfəri qazax, 16 min 860 nəfəri polyak, 11 min 723 nəfəri gürcü, 11 min 64 nəfəri erməni, 9 min 352 nəfəri türkmən, 4 min 874 nəfəri başqırd, 4 min 347 nəfəri tacik olmuşdur. Yerdə qalan 96 min 948 nəfəri isə 100 — dən çox xalqın nümayəndələrindən ibarətdir ki, biz azərbaycanlılar da onların arasındayıq. M. C. Bağırovun 1956 — cı ildə məhkəməsinin baş təşkilatçısı N.S. Xruşşov Ukraynada Mərkəzi Komitənin birinci katibi vəzifəsində işləyərkən respublikada 167 min 585 nəfər repressiyaya uğramışdır. Moskva Şəhər Partiya Komitəsinin birinci katibinin imzası ilə 1937 — ci ildə Stalinə göndərilmiş məktubda aşkara çıxarılmışdır. Məktubda deyilir:

“ÜİK(b)P MK —  ya, İ.V. Stalin yoldaşa

Bildirirəm ki, Moskva və Moskva vilayətində cəzalarını çəkmiş və hazırda burada məskən salmış cəmi 41 min 305 nəfər əksinqilabçı ünsür vardır. Bunlardan 33 min 436 nəfəri cinayətkardır. Əlimizdə olan materiallar imkan verir ki, canilərin 6 min 500 nəfərini birinci kateqoriya və 23 min 936 nəfəri niikinci kateqoriya ilə müəyyənləşdirək.Bunlardan  Moskva şəhəri üzrə 1 min 500 nəfər 1-ci kateqoriyaya, 5 min 272 nəfər 2-ci kateqoriyaya mənsubdur. Moskva şəhərində və Moskva vilayətinin rayonlarında məskən salmış qolçomaqların sayı 7 min 869 nəfərdir. Mövcud materiallar əsas verir ki, əlavə olaraq 2 min nəfəri 1-ci kateqoriyaya, 5 min 869 nəfəri 2-ci kateqoriyaya əlavə edək.

N.S. Xruşşov”.

1937 — ci il sentyabrın 9 — da Belorusiya K(b)P MK-nın birinci katibi Şaranqoviç Stalinə rəsmi məktubla müraciət edərək xahiş etmişdir ki, Belorusiyadakı 12 min 800 nəfər cinayətkar ünsürdən 3 min nəfərinin güllələnməsinə, 9 min 800 nəfərinin respublika ərazisindən sürgün olunmasına icazə verilsin.

1937 — ci ildə Kremlə, Stalinə Azərbaycan K(b)P MK-nın birinci katibi M.C. Bağırovun adından da eyni məzmunda məktub olsaydı, yəqin ki, Rudolf İvanov onu kitabının cild səhifəsində “az savadlı” Azərbaycan rəhbərinin şəkli ilə yanaşı əks etdirərdi. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə “İstiqlal” muzeyinin zalında bu “tarixi sənəd” nümayiş etdirilərdi, “525 — ci qəzet” də “sürü psixologiyası” ilə seçilmiş ziyalılarımızı “gilyotin”ə (1792 — ci ildə Fransada burjua inqilabı zamanı doktor Gilyotin tərəfindən ixtira edilmiş başkəsən maşın T.Q.) göndərən M.C. Bağırovun bəraətini qiyamətədək uzadardı…

Bəs 1937 — ci ildə Mir Cəfər Bağırovun Kremlə — Stalinə göndərdiyi teleqram və məktublar nə məzmunda idi?

M.C. Bağırov repressiya olunacaq ayrı — ayrı soydaşlarımızı “başkəsən maşın”ın ağzından qoparmağa can atırdı. 1937 — ci il sentyabr ayının 13 — də o, Stalinə aşağıdakı teleqramı vurmuşdu:

“Sentyabrın 7 — dən başlayaraq Xalq Komissarları Sovetinin sədri Hüseyn Rəhmanovun xəstəliyi şiddətlənmişdir, ağ ciyərindən qanaxma başlamışdır. Onda şəkər xəstəliyi də aşkar olunmuşdur. H. Rəhmanovun konsilium və müalicə üçün Moskvaya göndərilməsinə icazə verməyi xahiş edirəm”…

… ARPİİSSA — da Azərbaycan rəhbərinin “səma şairi”ni allahsızlar caynağından almaq məqsədilə bir dərkənarı da yadigar qalmışdır: M.C. Bağırov 1938 — ci ildə Moskvada keçiriləcək Azərbaycan incəsənəti ongünlüyünə dair materiallarla tanış olarkən, Ü. Hacıbəyovun “Koroğlu” tamaşasının yer aldığı repertuara H. Cavidin “Şeyx Sənan” dramını əlavə etmişdir.

Arxiv sənədlərinin araşdırılması aydın şəkildə göstərir ki, 1933 — cü ildə M.C. Bağırov Azərbaycan rəhbərliyinə gələndən sonra Azərbaycan Dövlət Dram Teatrı bir növ “Cavid teatrına” çevrilmişdir. Həmin il H. Cavidin “Səyavuş” faciəsi səhnəyə qoyulmuşdur. M.C. Bağırovun məsləhətinə əsasən əsər MK Bürosunun qərarı ilə Azərnəşrin planına salınmış və 1934 — cü ildə ayrıca kitab halında dörd min nüsxə tirajla çap edilmişdir.

Mərkəzi Kəşfiyyat İdarəsinin həm məxfi, həm məxfiliyi açılmış sənədlərinə və ARPİİSSA (Azərbaycan Respublikası Prezident İşləri İdarəsinin Siyasi Sənədlər Arxivi – F. B.) məlumatlarına görə Mir Cəfər Bağırovun nə bir qarış Azərbaycan torpağının verilməsinə, nə də bir adamın repressiya olunmasına aid sənəd tapmaq mümkün olmayıb.

                       Füzuli Baratov

                    19 dekabr 2017

 

Стандартный

62

                                 BERİYA

                         QULAQ  İMPERİYASI

Mir Cəfər Bağırovla eyni vaxtda ziddiyyətli şəxs kimi tarixə düşənlərdən biri də Lavrenti Beriyadır. Qərb sovetoloqları – ingilis professorları D. Hollovey, D. Reyfild və Amerika professoru Q. Ferr – Beriyanın siyasi portretinə və fəaliyyətinə öz düşündükləri kimi yanaşıblar və belə bir kitabı ortaya çıxarıblar. “Beriya — Qulaq İmperiyası” kitabı qismən tarixi faktlar, qismən də hadisə iştirakçılarının danışıqları əsasında yazılıb. Stalinin ölümündən sonra Sovet İttifaqının növbəti rəhbəri Beriya olmalı idi, lakin Xruşşovun sui – qəsdi nəticəsində o devrildi və qətl edildi.

Tarixi nöqteyi – nəzərdən Beriyanın şəxsiyyəti o vaxtdan ziddiyyətli qiymətləndirilir. Sovet siyasi və ideoloji savaşlarından uzaq Qərb tədqiqatçıları bu məsələyə daha obyektiv yanaşırlar. Kitabda əsas diqqət Beriyanın rəhbərliyi altında yaradılmış BAŞDİ – QULAQ (BAŞDİ – Baş Düşərgələr İdarəsi,rusca: QULAQ – Qlavnaya Upravleniya Laqerey F.B. ) imperiyasına yetirilir. İndi kitabdan bəzi məqamları oxuculara çatdırmaq istəyirəm. Maraqlananlar kitabı əldə edib oxuya bilər.

Lavrenti Beriya 17(29) mart 1899-cu ildə, Kutaisi general — qubernatorluğunun Suxumi dairəsinin Merxeuli kəndində, kasıb kəndli ailəsində anadan olmuşdur. Ancaq Abxaziyada indiyədək də belə düşünürlər ki, onun anası Marta Cakelinin Dadiani svan knyaz nəsli ila uzaq qohumluğu olub. Birinci ərinin ölümündan sonra Marta bir oğlu və iki qızı ilə dul qaldı. Sonradan Martanın hədsiz kasıblığı səbəbindən onun birinci nikahdan olan uşaqla­rını qardaşı Dmitri öz himayəsinə aldı.

Lavrentinin atası Pavel Xuxayeviç Beriya Merxeuliyə Meqreliyadan köçmüşdü. Marta va Pavelin ailəsində üç uşaq doğul­du, amma oğlanlardan biri iki yaşında öldü, qız isə xəstəlikdən sonra lal-kar qaldı. Lavrentinin qabiliyyətli olduğunu sezən valideynləri çalışdılar ki, Suxumi ali ibtidai məktəbində ona yaxşı təhsil versinlər. Təhsil va yaşama xərclərini ödəmək üçün valideynləri evdə olan əşyaları yarı qiymətinə satmalı oldular.

1915-ci ildə Beriya məktəbi fərqlənmə ilə bilirib Bakıya getdi va Bakı orta mexaniki-texniki inşaat məktəbinə qəbul olundu. 17 yaşından etibarən o, yanına köçmüş anasını va bacısını dolandır­mağa başladı.

1915-ci ildən gizli marksist dərnəyinə qoşuldu. 1917-ci ilin mart ayında Beriya RSDF(b)P-nın üzvü oldu. 1917-ci ilin iyun — dekabr aylarında hidrotexniki dəstənin texniki kimi Rumıniya cəbhəsinə getdi, xəstəliyinə görə Bakıya geri göndərildi, burada 1918-ci ilin fevralından bolşeviklərin şəhər komitəsində və Bakı Fəhlə Deputatları Sovetinin katibliyində işlədi. Bakı Kommunasının məğlub olmasından və Bakının türk-Azərbaycan qoşunlan tərəfindən alınmasından (1918-ci ilin sentyabrı) sonra şəhərdə qaldı və ta Azərbaycanda sovet hakimiyyəti qurulana qədər (1920-ci ilin apreli) gizli bolşevik təşkilatının işində iştirak etdi. Nobellərin baş neft kontorunda praktikant işləyə-işləyə eyni zamanda məktəbdə təhsilini də davam etdirirdi. 1919-cu ildə məktəbi bitirib texnik inşaatçı — memar diplomu aldı.

* * *

1919 — cu ilin payızında o, Bakı bolşevik gizli təşkilatının rəhbəri A. Mikoyanın tapşınğı ilə Azərbaycan Demokratik Res­publikası Dövlət Müdafiə Komitəsinin nəzdindəki əks — inqilabla mübarizə təşkilatının (əks — kəşfiyyat) agenti oldu. Bu dövrdə onun alman hərbi kəşfiyyatı ilə əlaqələri olan Zinaida Krems ilə sıx münasibətləri yarandı.

Beriya özünün ADR əks — kəşfiyvatında işləməsini gizlətmirdi — belə ki, 1933-cü ildə Q.K.Orconikidzeyə məktubunda o yazır­dı ki, «müsavat kəşfiyyatına partiva tərəfindən göndərilib və bu məsələ 1920-ci ildə Azərbaycan K(b)P MK-da araşdınlıb və AR(b)P MK ona «tam bəraət verib», belə ki, onun partiyanın icazəsi ilə əks — kəşfiyyatda işləməsi faktı Mirzə Davud Hüsey­nov, Qasım İsmayılov və başqa yoldaşların bəyanatları ilə təsdiq edilmişdir».

1919 — cu ilin aprelində, Azərbaycanda sovet hakimiyyəti qurul­duqdan sonra RK(b)P  Qafqaz diyar komitəsi və 11-ci Ordunun İnqilab Şurası nəzdindəki Qafqaz cəbhəsi qeydiyyat şöbəsinin səlahiyyətlisi kimi Gürcüstan Demokratik Respublikasına gizli işə göndərildi. Demək olar, dərhal Tiflisdə həbs olundu və üç gün ərzində Gürcüstanı tərk etmək əmri ilə sərbəst buraxıldı.

Sonralar, gürcü menşevik hökumətinə qarşı silahlı üsyanın hazırlanmasında iştirak edərkən yerli əks — kəşfiyyat tərəfindən itşa olundu, həbs edildi va Kutaisi həbsxanasına   salındı, sonra da Azərbaycana göndərildi. Bu haqda o yazır:

“ 1920-ci ilin mayında man Gürcüstanla sülh müqaviləsi bağlanması ilə alaqadar olaraq direktiv almaq üçün Bakıya, qeydiyyatdan keçmək üçün yollanıram, amma geriyə, Tiflisə qavıdarkan məni Noy Ramişvilinin teleqramı asasında həbs edirlər Tiflisə gətirirlər, burada isa yoldaş Kirovun səhvlərinə baxmayaraq, Kutaisi həbsxanasına yollayırlar. I920-ci ilin iyun va iyul aylarını mən həbsdə keçirirəm, yalnız siyasi məhbusların elan etdikləri dörd gün yarımlıq aclıqdan sonra məni yatabla Azərbaycana göndərirlər».

Bakıya qayıtdıqdan sonra Beriya Bakı Politexnik İnstitutun­da təhsil almağa başladı. 1920-ci ilin avqustunda o, Azərbaycan K(b)P MK-nın işlər müdiri, elə həmin ilin oktyabrında isə bur­juaziyanın ekspropriasiyası və fəhlələrin məişətinin yaxşılaş­dırılması üzrə Fövqəladə Komissiyanın məsul katibi oldu, bu vəzifədə 1921 — ci ilin fevralına qədər işlədi. 1921 — ci ilin aprelində onu Azərbaycan SSR Xalq Deputatları Soveti (XDS) nəzdindəki Fövqəladə Komissiyanın məxfi — operativ şöbəsinə rəis müavi­ni təyin etdilər, mayda isə o, məxfi — operativ hissəsinin rəisi və Azərbaycan PK sədrinin müavini vəzifələrini tutdu.

2 dekabr 1926-cı ildə Lavrenti Beriya Gürcüstan SSR XKS nəzdində Baş Siyasi idarənin sədri oldu, 1927-ci ilin aprelindən 1930-cu ilin dekabrınadək isə Gürcüstan SSR-in Daxili İşlər ko­missarı işlədi. Onun Stalinlə ilk görüşü bu dövrə aiddir.

14 noyabr 1931-ci ildə Beriya Gürcüstan K(b)P MK-nın birinci katibi vəzifəsində qalmaqla Zaqafqaziva Diyar Komitəsinin bi­rinci katibi oldu, Azərbaycan və Ermənistan K(b)P MK-lanmn üzvii seçildi. Zaqafqaziva Diyar Komitəsinə 1936-cı ilədək ZSFSR üç müstəqil respublikaya bölünənədək başçılıq etdi.

…1936 — cı ildə BAŞDİ — də illik ölum sayı 20 minə düşdü və Yaqodanın iş başında  olduğu son ildə cəmi 1118 nəfər qətl edilmişdi. Anna Axmatovanın təbirlərindən istifadə etsək, «otyeyənlər» erası idi; indi isə «ətveyənlər — yırtıcılar» erası gəlmişdi.

Yejova BAŞDI-ni sonsuzadək genişləndirməyə mane olan yeganə şey — sərt iqlim, sovet Arktikasının nəhəng ənginlikləri və belə şəraitdə nəqliyyat, keşikçəkmə və qul əməyinin istismarı problemləri idi.

XDİK sıralarında təmizləmələr Yejovu BAŞDİ-dəki ən yaxşı idarəçilərdən məhrum etmişdi. 1938-ci ilin dekabrın­da milyondan artıq insan BAŞDİ-də işləyirdi və demək olar ki, milyon nəfər də həbsxana və islah düşərgələrində idi. Bu ildə təcrübəsiz, qorxudulmuş administrasiyası olan, sıx məskunlaşdırılmış, xaotik BAŞDİ-də ölüm halları 90 minə qalxdı, yəni 10% təşkil etdi. Hətta bu cür yüksək ölüm fa­izi ilə də düşərgələr kütləvi həbslər axınının öhdəsindən gələ bilmirdi. Ağızbaağız doldurulmuş kameralarda saxlanılanlar çox vaxt hələ düşərgəyə köçürülmədən, ya da zirzəmiyə cəllad qarşısına çıxarılmadan tif, dizenteriya, yüksək hərarət, aclıq və işgəncələrdən elə buradaca ölürdülər.

Ona görə də Stalin və Yejov qərara gəldilər ki, qeyri — icbari əməyə deyil, güllələnməyə məhkum » düşmənlər» in sayını 0,5-dən 47%-ə qaldırsınlar. 1937 və 1938-ci illərdə, XDİK-in statistikasına görə, əks — inqilabda günahlandırılan 1 444 923 nəfər məhkum olundu ki, bunlardan da 687 692 insan güllələndi. Bu minvalla BAŞDİ — yə axını yavaş — vavaş azaltdılar, lakin bu qədər məhkumu «emal etmək», demək olar ki, qeyri-mümkün idi. Həbs olunanlardan getdikcə daha sürətlə başqa adamları da ləkələyən və XDİK üçün işləri artıran etiraflar qoparmaq lazım idi. Hətta hökmləri və güllələmə arayışlarını yazmaq üçün kağız belə çatışmırdı.

Çox və tez qətl etmək çətin deyildi — Tiflis və ya Le­ninqradda olan təcrübəli cəlladın özü təkbaşına və köməkçilərsiz bir gecəyə 200 insanı güllələyə bilirdi. An­caq cəsədlərdən izolə olmaq daha müşkül idi — buldozerlər az idi və şəhərlərin ətrafında dəfn etmə yerləri çatışmırdı. Bəzən qurbanları XDİK zabitlərinin bağ evlərində yaşadıq­ları yerlərə gətirirdilər: burada onlar özləri öz qəbirlərini qazırdılar, sonradan enkevedeçilər həmin yerlərdə şam ağacları əkir və evciklər tikirdilər. 1937-ci ilin sonundan etibarən XDİK meyitləri əvvəllər bütün ölülərin yandırıldı­ğı və fərq qoyulmadan basdırıldığı xəstəxana ölüxanalarına göndərməyi dayandırdı. Leninqradda ölüm faizi XDİK sayəsində üç dəfə artmışdı və meyitxanalar çatdırmırdı. XDİK o vaxtkı fin sərhədinin yaxınlığında olan Parqolovda on bir hektar yer götürdü və burada 46 771 cəsəd basdırıldı…

…Bəzi fədakar insanların çalışmaları sayəsində qurban­ların adlarını bizə tam şəkildə «qaytardılar»; Leninqradın, Moskvanın bir sıra vilayət şəhərləri və rayonlar üçün

martiroloqlar — ölü siyahıları tərtib edilib. «Leninqrad martiroloqu», məsələn, XDİK-in il yarım ərzində ölümə yol­ladığı 47 min kişi və qadın haqqında tam məlumat verir. Həbslərdən heç biri hər hansı təhqiqatın nəticəsi deyildi və qurbanların içərisində yalnız minimal sayda cinayətkarlar vardı. Əvvəlcə Yejov Leninqrada 1937-ci ilin iyulundan oktyabrınadək 4 min güllələnmə və 10 min BAŞDİ-yə göndərmə norması verdi. Yejovun təlimatlarına görə bü­tün qolçomaqları, cinayətkarları, almanları, polyakları və yuxarıdan əmr olmadan bütün dustaqları və pis niyyətli vətəndaşları qətlə yetirirdi ki, almanları qarşılamağa kimsə qalmasın. Başlıca olaraq isə Moskvanın əmri ilə öldürürdülər. 1941 -ci ilin noyabrında səkkiz gün ərzində Beriya 4905 insanı güllələtmişdi.

 

Oryol qətllərini Beriya Boqdan Kobulova və Leonid Baştakova tapşırdı, Katından Olqa Kamenveva, əfsanəvi eser qadın üçün bu cür divanlar xırda iş idi. Biz bundan bir qədər əvvəl ələ ke­çirilmiş Qərbi Ukraynada Beriyanın əmri ilə aparılmış kütləvi qətllər haqqında daha az bilirik: Lvovda, Qırmı­zı Ordu şəhəri tərk edəndə haradasa 100 min məhkumu güllələmişdilər.

1941-ci ilin bəşər tarixində görünməmiş itkiləri, Qır­mızı Ordunun 2 841 900 əsgərinin öldürülməsi və ya əsir götürülməsi Beriyanı edamların sayını azaltmağa, düşərgələrdəki hələ ağır əməklə və distrofiya ilə şil — küt olunmamış hərbçiləri azad etməyə məcbur qoydu. BAŞDİ-dən iki generalı, Kiril Mereskovu və Boris Vannikovu sanatoriyaya apardılar, burada insan sifətinə saldıq­dan sonra cəbhəyə göndərdilər. Özünün müstəsna hərbi qabiliyyətləri ilə Finlandiyada fərqlənmiş və bununla da digər hərbçilərin kin — küdurətini qazanmış Mereskov işgəncələr nəticəsində o qədər zəifləmişdi ki, ona Stalinə əclafcasına va biabırcasına danışırdılar ki, demək olar, bütün stenoqramları saxtalaşdırmaq lazım gəldi. Hətta 1938-ci ilin Buxarin və Radeki məhkum etmiş qorxunc yaz plenumunu da riyakarlıq və quyruq bulama üzrə 1953-cü il plenumu ilə müqayisə etmək çətindir.

Xruşşov etiraf etdi ki, həkimlərin sui — qəsdi və minqrel işi saxtalaşdırılmışdı — amma plenum, hər halda, əmin idi ki, həkimlərə və minqrellərə bəraət vermək lazım deyil­di. Xruşşov eyham vurdu ki, Beriya yalnız özünün agen­ti olanlara bəraət verirdi. Xruşşovun da çıxışının əksər hissəsi başqa çıxışçılarda olduğu kimi cəfəng ittihamlarla dolu idi. Heç demə, çörək və ət qəhətini Beriya yaradıb­mış, fəhlələrin necə dolanması onun vecinə deyildi, buna görə də onlar qazmalarda yaşayırdılar. O, həkimlərə yalnız təşəkkürə görə bəraət vermişdi; o, BAŞDİ-nin yarısını ona görə əfv etmişdi ki, özünün oğru və qatillərdən ibarət udel knyazlığını yaratsın. Beriya, Xruşşovun iddiasına görə, hakimiyyət naminə cəsəd dağlarını və qan çaylarını adla­mağa hazır «Bonapart ruhlu» adam idi.

Gürcü nümayəndələri Beriyanı xüsusi bir şiddətlə sö­yürdülər: onlar şikayətlənirdilər ki, bəraət almış minqrellər nazir vəzifələri tələb edirlər. Beriyanın Azərbay­candan olan can dostu Bağırov (əvvəl — axır o da Beriyanın taleyini yaşayacaqdı) elə qəzəbnak danışırdı ki, eşidənlər bu hücumlardan narazılıqlarını bildirməyə başladılar. Molotov və Kaqanoviç daha yaxşı hazırlaşmışdılar; onlar Beriyanı Stalini yanlışlığa uğratmış, kapitalizmin xeyrinə dövlətin təhlükəsizliyini təhlükə altına atmış adam kimi səciyyələndirdilər.

…BAŞDİ – nin Rusiya ərazisində olan düşərgələrinin tarixi yerlərində oldum. Müraciət etdiyim yerli orqanların ya məlumatları yox idi, ya da məlumat vermək istəmədilər. Ancaq məsləhət gördülər ki, Moskvada bu işlə məşğul olan xüsusi idarəyə müraciət etsəm dəqiq məlumat ala bilərəm.

 

 

 

 

 

Стандартный

11

Teyyub Qurban,  “Düşmənlərindən Güclü Şəxsiyyət”  kitabından:

 

Müharibə illərində bir çox dövlət xadimlərinin övladları ön cəbhələrdə idilər. Ancaq respublika rəhbərləri arasında yalnız M.C.Bağırovun oğlu yaralandıqdan sonra hərbi xəstəxanadan birbaşa düşmənlə vuruşa yollanmıdı…

Cahangir Mir Cəfər oğlu Bağırov 1919-cu il oktyabrın 6-da anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına göndərilmiş, 1938-ci ildə Yeysk şəhərindəki hərbi dəniz-təyyarəçilik məktəbini bitirmişdi. Müharibə başlayanda Cahangir leytenant idi, sorağı Serpuxov ətrafındakı ağır döyüşlərdən gəlirdi. Gənc azərbaycanlı şahin partiya sıralarına keçirilmişdi.1943-cü ilin əvvəllərində Cahangir Bağırov düşmənlə hava döyüşündə sol qolundan yaralansa da, təyyarəsini ustalıqla yerə endirdi,təslim olmadı. Yaralı şahini digər əsgərlərlə birlikdə Bakıdakı hərbi xəstəxanaya gətirdilər…

Həmin ilin fevral ayının 4-də Cahangirin atasına yazdığı məktub 40 ildən sonra mətbuat səhifələrinə düşdü: “!Əziz ata ! 2 ay yarımdır ki,mən öz yerimdə sayır, indi bu qədər qiymətli olan çörəyi yeyirəm. Vətənimizin təhlükədə olduğu, minlərcə gəncin döyüş bölgəsində nə canını, nə qanını əsirgəmədiyi bir vaxtda müşahidəçi mövqeyindəyəm. Halbuki mən ən şiddətli döyüş yerlərində olmalıyam. Çünki sənin oğlunam, Vətənimin oğluyam, Partiyamızın oğluyam.Əgər sən bilsən ki, mən adamların gözlərinə baxanda necə xəcalət çəkirəm. Cavan, sağlam adam olsam da

arxa cəbhədə vaxt keçirirəm…

Ata, səndən xahiş edirəm ki, mənim cəbhəyə qayıtmaq məsələmin həllini sürətləndirəsən. Mənə burada bildirirlər ki, 2 ay yarım da gözləyim, yeni təyyarədə

havaya qalxım… Mən isə hətta U-2 təyyarəsində uçmağa hazıram. Yalnız fəallyyətsizlik, döyüşdən qalmaq məni sıxır.Səbrsizlikiə cəbhəyə göndəriləcəyim

günü gözləyirəm. Sübut edəcəyəm ki, sənin oğlun sənə və vətəninə layiqdir. Bərk -bərk öpürəm.Sənin Cahangirin”.

…Peşəkar təyyarəçi Cahangir Bağırov yenidən ön cəbhəyə yollandı. Alayda heç kəs bilmirdi ki, komandanlığın ən müşkül görünən tapşırığını dəqiq yerinə yetirən bu qaynar baxışlı şahin Azərbaycan rəhbərinin oğludur.1943-cü il iyun ayının əvvəli idi.Cahangir Bağırovun xidmət etdiyi hissə hərbi obyektimizi bombalamağa qalxan faşist təyyarələrini məhv edirdi. Düşmən təyyarələrinin qarşısına çıxan Cahangir Bağırov hər dəfə qələbə ilə qayıdırdı. İyunun 5-də növbəti əməliyyat zamanı C.Bağırov qəfildən 11 alman təyyarəsi ilə üzbəüz gəldi. Qeyri-adi məharətlə bunlardan yeddisini vurub yerə saldı. Yanacağı tükəndiyindən ölümün gözünə dik

baxaraq təyyarəsini faşist təyyarəsinə vurdu…

Cəbhə qəzetlərində dərc olunmuş materiallarda C.Bağırovun qəhrəmanlıqla həlak olması, onun ölümündən sonra Lenin ordeni ilə təltif olunmağa təqdim edilməsi göstərilirdi. Azərbaycanda isə yalnız iyulun 8 — də respublika qəzetlərində nekroloq dərc olundu. Oxucular ilk dəfə idi ki, M.C.Bağırovun oğlunun şəklini görürdülər. Əfsuslar ki, qara haşiyədə.1943-cü il iyunun 6 — da alman-faşist işğalçılarının cinayətlərini təhqiq və müəyyən edən fövqəladə komissiyanın sədri Nikolay Şvernik M.C.Bağırova zəng vuraraq, onun oğlunun rəşadətlə həlak olması xəbərini çatdırmış, səmim-qəlbdən başsağlığı vermişdi, Ölümündən sonra Lenin ordeni ilə yanaşı Sovet İttifaqı Qəhrəmanı — Qızıl Ulduz medalı ilə də təltif olunacağını bildirmişdi. Bunu da əlavə etmişdi ki, komandanlığın əmri ilə igid şahinin cənazəsi öz Vətəninə — Azərbaycana göndərilir. M.C.Bağırov cavabında demişdi:

— Nikolay Mixayioviç, başsağlığı üçün minnətdaram. Ancaq xahiş edirəm Lenin ordeni ilə kifayətlənəsiniz. Bir də müharibənin sərt qanunlarına riayət etməyi rica edirəm, Vətən yolunda canından keçənlərin hamısı mənim balalarımdır. Oğlumun həlak olduğu torpaqda basdırılmasına ata kimi etiraz etmirəm.N.M.Şvernikin bu sözləri telefon danışığını tamama yetirmişdi:

-Yoldaş M.C.Bağırov, təltif barədəki xahişinizi nəzərə almaq olar. Ancaq ikincisi… gecdir. Tabut artıq hərbi təyyarədədir və Bakıya istiqamət götürmüşdür…

Cahangir Bağırovun cənazəsinin Bakıya gətirilməsinin bilavasitə təşkilatçısı olan Həzi Aslanov M.C.Bağırova təklif etmişdi ki, mərhum Dağüstü parkda dəfn edilsin. Azərbaycan rəhbəri Azərbaycan Ordusunun sərkərdəsinə “baxarıq” cavabını vermişdi. Həmin gün sübhdən Bakının Dağüstü parkından xeyli aralıda, Yasamal qəbristanında sinə daşında ”Cahangirdən və Mir Cəfərdən yadigar”  yazılmış bir məzarın yanında təzə bir qəbir qazılırdı. Cahangirin əbədiyyət beşiyini anası yırğalayacaqdı. Bunu, şəhid oğlun atası M.C.Bağırov məsləhət görmüşdü…

Dünyadan nakam gedən 24 yaşlı Cahangir Mir Cəfər oğlu Bağırovun 1999-cu il oktyabrın 6-da təvəllüdü günündən 80 il keçdi. Nə televiziya ekranlarında, nə də

mətbuat səhifələrində xatırlandı.2000-ci ilin may ayında, faşizm üzərində qələbənin

55-ci ildönümü ərəfəsində iyirmi cildlik “Azərbaycan Respublikası Xatirə kitabı”nın

ikinci cildi nəşr olundu.Familiyası “B” hərfi ilə başlayanlar arasında təkcə bir nəfərin -Bağırov Cahangir Mir Cəfər oğlunun adı yoxdur.Yasamal qəbristanlığında

uyuyan Cahangirin günahı nədir? Günahı ondadır ki, M.C.Bağırovun oğludur. Bəs

M.C.Bağırovun günahı nədir?  Bu suala Aqil Abbas “Ədalət” qəzetinin 3-5 may 2000-ci il tarixli sayında məqaləsinin sərlövhəsi ilə cavab verir:”M.C.Bağırov müsavatçı olub”.

Zaman göstərir ki, partiya mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın milli dəyərlərini əməllərində yaşadanlar xalqımızın yaddaşına hakim kəsilirlər.

M.Ə.Rəsulzadə də, M.C.Bağırov da əsrimizin belə tarixi şəxsiyyətləridir.Vaxtilə

M.Ə.Rəsulzadə yazmışdı: “Diriliklərin ən qiymətlisi milli dirilikdir”. M.C.Bağırov isə

bu kəlamı Azərbaycana rəhbərliyi dövründə sübuta yetirmişdir.1933-cü il dekabr ayının 10-da M.C.Bağırov respublikanın ilk azərbaycanlı rəhbəri olanda, ətrafındakılar, demək olar ki, qeyri-azərbaycanlılar idilər.

Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət Arxivindəki sənədlərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin

1934-cü ildə keçirilən büro iclaslarında iştirak edənlərin tərkibinə diqqət yetirin:

Qulbis, Sef, Purnis, Rusavskiy, Rodionov, Sanayskiy,İvanov, Poqonov,Blyumzak… 15 il keçdikdən sonra, 1949-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi

Komitəsinin 5 nəfər katibinin beşi də azərbaycanlı idi: Mir Cəfər Bağırov, Həsən

Seyidov, Qəzənfər Məmmədov, Həsən Həsənov, Sultan Qafarzadə.

Стандартный

61

 Mir Cəfər Bağırov və Məmmədəmin Şəkinski

                İkinci yazı

Fəqət M.Şəkinskinin hökumət başçısına bəslədiyi ümidləri boşa çıxdı. Kreml sarayında yüksək səviyyəli iclasda Lavrenti Beriyanın qəfildən əl-qolunu bağlayıb apardılar, gizlicə qətlə yetiirdilər. Sonra da Mir Cəfər Bağırovun adını hallandırmağa başladılar. Məmmədəmin Şəkinskinin Malenkova yazdığı məktubundakı «yejovçuluq» kəlməsi «Beriya-Bağırov» ifadəsi ilə əvəz olundu, yalanın ayağı yer tutdu, yeridikcə yeritdilər…

1955-ci ilin sentyabrında M.Şəkinskinin 18 il sürən məşəqqətli sürgün həyatına son qoyuldu, Bakıya qayıtdı. Əlli beş yaşlı dönməz əqidə sahibi respublika rəhbərliyi tərəfindən ehtiramla qarşılandı. Ona hətta cavanlığındakı vəzifəsini də təklif etdilər — Bakı şəhər milis rəisi. İmtina etdi. Daxili İşlər Nazirliyinin arxivində işləməyə razılıq verdi. Beləliklə, əmək kitabçasında Kalıma və Krasnodar ölkəsindən sonra Bakı şəhəri yazıldı.

1957-ci ilin yanvarın 18-də Azərbaycan SSR Daxili İşlər naziri Əli Kərimovla Bakı milis idarəsinin sabiq sədrlərindən biri Məmmədəmin Şəkinskinin təkbətək görüşü «tam qarşılıqlı anlaşma» ilə bitdi. Mir Cəfər Bağırovun vaxtında məsul vəzifələrdə çalışmış və M.C.Bağırovdan sonra ona qarşı şər-böhtan kampaniyalarından imtina etmiş Əli Kərimov bağırovçu, ədalətli mübariz insanı DİN-nin Arxiv İdarəsinin rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Arxiv idarəsinə bilavasitə Əli Kərimovun birinci müavini, Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmmədov rəhbərlik edirdi. 1945-ci il mart ayının 24-də SSRİ Ali Sovetinin fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adını almış Xəlil Məmməd oğlu Məmmədov müharibədən sonra Bakı Şəhər, Əzizbəyov rayon partiya komitələrinin katibi və Azərbaycan KP MK-nın şöbə müdiri vəzifələrində çalışmışdı. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlərdən məlum olur ki, 1958-ci il iyul ayının 7-dən 22-dək Daxili İşlər Nazirliyi Arxiv idarəsinin rəisi polkovnik M.Ə.Şəkinski arxiv materiallarının qorunub saxlanılmasında əməli köməklik göstərmək məqsədilə Göyçay, Zaqatala, Şəki və digər rayonlara ezam olunmuşdur. M.C.Bağırovun Azərbaycana rəhbərliyi dövründə Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan SSR Səhiyyə naziri Azərbaycan KP MK şöbə müdiri müavini vəzifələrində olmuş Vəli Axundov 1959-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra Əli Kərimovun da, Xəlil Məmmədovun da, M.Şəkinskinin də irəliləyişi baş vermişdir. Əli Kərimov Azərbaycan SSR Nazirlər Soveti sədrinin mədəniyyət məsələləri üzrə müavini, Xəlil Məmmədov Azərbaycan SSR Daxili işlər naziri, Məmmədəmin Şəkinski Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi vəzifəsinə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivində 1960-cı il aprelin 4-də Azərbaycan SSR Daxili İşlər naziri Xəlil Məmmədovun imzaladığı əmrin surəti saxlanılır. Burada deyilir ki, Azərbaycan SSR Nazirləri Sovetinin 1960-cı il 25 mart 204-27s nömrəli qərarına müvafiq olaraq, milis polkovniki, Azərbaycan SSR DİN Arxiv İdarəsinin rəisi M.Ə.Şəkinski 1960-cı il aprelin 1-dən Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamına göndərilsin.

Bir il sonra, 1962-ci ilin əvvəlində Əli Kərimovun vəzifə pilləsi respublikamızda Vəli Axundovdan sonra ən yüksək bir səviyyəyə qaldırıldı. Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin Partiya-Dövlət Nəzarəti Komitəsi və onun yerlərdə orqanlarının yaradılması ilə əlaqədar olaraq, Əli Kərimov Azərbaycan SSR nazirlər Sovetinin müavini qalmaqla, həm Azərbaycan KP MK katibi seçildi və həm də Respublika Partiya — Dövlət Nəzarəti Komitəsinin sədri təyin olundu.

Arxiv sənədləri göstərir ki, Məmmədəmin Şəkinskinin ürəyincə olan bu nəzarət orqanının fəaliyyətinin ilk günlərindən o, Əli Kərimovun ən yaxın köməkçilərindən və əvəzsiz məsləhətçilərindən biri, bəlkə birincisi olmuşdur. Arxiv idarəsinin sədri Respublika Partiya Dövlət Nəzarəti Komitəsinin qeyri — adi ştatdankənar üzvü kimi də fəaliyyət göstərmişdir. Bu cəhətdən arxivdə tanış olduğumuz bir arayış bunun nümunəsidir. Əli Kərimovun şəxsən tapşırığı ilə milis polkovniki M. Şəkinski Bakının Nəriman Nərimanov rayonunda mənzil sahəsinin uçotu və bölüşdürülməsi vəziyyətini yoxlayaraq arayış təqdim etmişdir. Bu arayışın müəyyən hissələrini oxuculara təqdim edirəm:

  1. ŞƏKİNSKİ:

— 1962-ci il fevral ayının 27-də adi bir vətəndaş sifətilə Nərimanov rayon icraiyyə komitəsinin mənzil şöbəsinin müdiri Katamadze yoldaşın qəbuluna düşüb, mənzillərin bölüşdürülüb paylanması məsələsi ilə maraqlandım. Katamadze ayağa qalxıb məni zorla otağından çıxardı. Düzdür, mən özümü rəsmi təqdim etməmişdim. Bu, o deməkdir ki, Nərimanov RİK-nin mənzil şöbəsində şikayətə gələn hər hansı bir vətəndaşla belə kobud rəftar edilə bilər. Üstəlik, bu hadisə baş verən zaman milis işçisi Popova da Katamadzenin kabinetində idi.

Yoxlamadan müəyyən edildi ki, Nərimanov rayon icraiyyə komitəsi aparatının və ilk növbədə mənzil şöbəsinin qapıları buraya müraciətə gələnlərin üzünə bağlıdır. Müdirin yanına ancaq «tanışlıqla» və ya «qabaqcadan telefonla zəng etməklə» düşmək mümkündür. Vətəndaşların mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunmasında ciddi qüsurlara yol verilir. Məsələn, mağazada işləyən vətəndaş Badasyan Q.S. 1928-ci ildən qardaşı ilə birlikdə 36 kv. metr sahəsi olan ikiotaqlı mənzildə yaşayır. Mənzil uçotu qaydalarına zidd olaraq Badasyan Q.S. növbəyə alınmışdır. Bufet işçisi Kalaşnikova V.V. 17 kv. metr sahəsi olan mənzildə yaşasa da, rayon icraiyyə komitəsinin qərarı ilə «mənzilə çox ehtiyacı olanların siyahısı»na salınmışdır. Hamamda kisəçi işləyən və 28 kv. metr sahəli mənzildə yaşayan Abbas Həsənov da yenidən mənzil növbəsinə götürülmüşdür. Mərkəzi univermağın bölmə müdiri Panina L.A. 41 kv. metr sahəsi olan mənzildə yaşamasına baxmayaraq, mənzil növbəsinə salınmışdır. Nərimanov rayon milis şöbəsinin rəis müavini Petruşenko A.Q. 28 Aprel küçsəsindəki 4 nömrəli 63 kv. metr sahəli evdə yaşamasına baxmayaraq, rayon icraiyyə komitəsinin qərarı ilə 3-cü Dağüstü küçəsində 16 kv. metr sahəli yeni mənzil almış və oraya qardaşını köçürmüşdür.

 

Göstərilənləri nəzərə alaraq təklif edirəm:

 

  1. Ləmbəranski və Yurxanov yoldaşlara tapşırılsın ki, vətəndaşların mənzil növbəsinə alınması və onlara mənzil verilməsi işini ciddi nəzarət altına alsınlar. Zirzəmilərdə və qəza vəziyyətində olan evlərdə yaşayan vətəndaşlar yeni mənzillə təmin olunmayınca heç kəsə yeni mənzil sahəsi ayrılmasın.
  2. Nərimanov rayon icraiyyə Komitəsinin sədri Yurxanov yoldaşa bir vəzifə olaraq tapşırılsın ki, icraiyyə komitəsində elə qayda yaradılsın ki, vətəndaşlar iş gününün hər hansı bir saatında rayon icraiyyə komitəsinin şöbələrinə və rəhbərlərinə maneəsiz müraciət edə bilsinlər. Mənzil şöbəsinin işçisi Katamadzenin məsələsi rayon icraiyyə komitəsinin iclasında müzakirə edilsin və onun gələcəkdə də qalıb-qalmaması məsələsi həll olunsun.

Azərbaycan Partiya Dövlət Nəzarəti Komitəsinin sədri Əli Kərimov Məmmədəmin Şəkinskinin arayışında göstərilən faktlar əsasında təcili tədbirlər görülməsi  üçün  müvafiq  işçilərinə tapşırıq vermiş, ertəsi günü Azərbaycan SSR Nazirlər  Soveti  yanında  Arxiv  İdarəsinin rəisini hökumət binasındakı kabinetində qəbul etmişdir.

Əli Kərimov da, Məmmədəmin Şəkinski də  Mir  Cəfər Bağırov dövlət  quruculuğu ənənələrini ləyaqətlə davam etdirirdilər. Hər ikisi mənəviyyatca  saf,  prinsipial,  son dərəcə obyektiv, yüksək vəzifəlilər qarşısında  yaltaqlanmayan  şəxsiyyətlər  idilər. Mir Cəfər Bağırovun arxiv qovluqlarında rast gəldiyimiz əlyazmasından  parçalar  onların  yaddaş dəftərində həkk olunmuşdu: «Əməlisaleh deyilsənsə, başqalarına nümunə  ola  bilməzsən», «İnamın olmasa, inandıra bilməzsən».

M.C. Bağırovun zərb-məsəl kimi səslənən bu sözləri M. Şəkinskinin parlaq şəxsiyyətinin canlı cizgiləri idi. Azərbaycan Respublikası Dövlət Arxivində onun  kadr  seçilməsinə  düzgün münasibətini göstərən bir material ilə oxucuları tanış etmək yerinə düşər. 1960-cı il fevralın 19-da M.Şəkinskinin ünvanına Naxçıvan MSSR-dən aşağıdakı rəsmi məktub  daxil olmuşdur:

«Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin razılığı ilə Sov. İKP üzvü  Məmmədov İbrahim Alməmməd oğlunu Sizin yanınıza söhbətə göndəririk. Məmmədov İ.A. 1946-cı ildən Sov. İKP üzvüdür, natamam ali təhsili var.

Məmmədov İbrahim Alməmməd oğlunu Naxçıvan MSSR DİN-in Arxiv şöbəsinin rəisi vəzifəsinə tövsiyə edirik.

Naxçıvan MSSR daxili işlər nazirinin vəzifəsini icra edən K. Məmmədov.

17 fevral 1960-cı il

Naxçıvan şəhəri.»

 

Həmin il fevral ayının 22-də İ.A. Məmmədov Bakıda M. Şəkinskinin qəbulunda  olmuşdur. Söhbətin gedişində məlum olmuşdur ki, son illərdə İ. Məmmədov ticarət — kooperativ şəbəkəsində çalışmış, mənimsəmə hallarına görə cinayət məsuliyyətinə alınmış və 8 il müddətinə azadlıqdan məhrum olunmuşdur. İ. Məmmədovun tarixçi ixtisası təhsili yoxdur.

 

Elə həmin gün Bakıdan Naxçıvana rəsmi cavab məktubu yola salınmışdır:

 

«Naxçıvan MSSR daxili işlər naziri polkovnik Nuriyevə

 

Sizin 1960-cı il 17 fevral (211 N-li) məktubunuza cavab

 

Göndəridiyiniz İ.A. Məmmədov yoldaş uzun illər ticarət şəbəkəsində işləmişdir. Sizə məlum olduğu kimi, arxiv işi Sovet Azərbaycanının tarixi üzrə elmi — tədqiqat fəaliyyətinin ən mühüm sahəsindən biridir. Belə hesab edirik ki, İ.A. Məmmədov yoldaş  Muxtar  Respublikanın  arxiv orqanlarına başçılıq edə bilməz. Bunu da nəzərə alın ki,  son  vaxtlar  Naxçıvan MSSR Mərkəzi Dövlət Arxivinin tərkibinə lazımi səriştəsi olmayan işçilər qəbul edilmişdir.

Bununla yanaşı, Arxiv İdarəsinin rəhbərliyi belə hesab edir ki, ticarət — kooperativ  işini yaxşı bilən İ.A. Məmmədovu öz ixtisası üzrə işlə təmin etmək olar.

 

Azərbaycan SSR Daxili İşlər Nazirliyi Arxiv İdarəsinin rəisi polkovnik M. Şəkinski».

 

Azərbaycan Respublikası Dövlət Arxivinin fondlarında M. Şəkinskinin Əli Kərimova ünvanladığı məktublar xüsusi yer tutur. Təkcə 1960-cı ilin martından dekabrınadək  respublika  Arxiv İdarəsinin rəisi hökumət başçısının müavininə 10 rəsmi məktub göndərmişdir. Bəzilərindən parçalar:

 

14 mart 1960-cı il tarixli məktubdan:

 

Dəftərxana işinin düzgün təşkili arxiv fondlarının elmi əsaslarla komplektləşdirilməsində  mühüm rol oynayır. Bizim tərəfimizdən aparılmış yoxlamalardan müəyyən edilmişdir ki, respublikanın əksər müəssisələrində, təşkilat və idarələrində kargüzarlıq qeyri-qənaətbəxş vəziyyətdədir. Nazirliklərin, idarə və müəssisələrin rəhbərləri kargüzarlıq məsələlərinə lazımınca diqqət yetirmirlər. Kargüzarlar arasında mütəxəssislər yox dərəcəsindədir, sənəd və materiallar  düzgün tərtib olunaraq müəssisələrin arxivinə təhvil verilmir.

SSRİ Nazirlər Sovetinin 1958-ci il 13 avqust tarixli qərarı ilə təsdiq olunmuş  qaydalara  görə, nazirliklərdə, müəssisə və idarələrdə bu sahəyə nəzarət arxiv orqanlarına həvalə  edilmişdir. SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin tapşqırığına uyğun olaraq, respublikamızda kargüzarlıq üzrə idarələrarası komissiyanın yaradılma məsələsini müzakirənizə təqdim edirik.

 

14 aprel 1960-cı il tarixli məktubdan:

 

Saatlı və Ağsu rayonları 1943-cü ildə təşkil olunmuşdur, buna  qədər həmin  rayonlar  müvafiq olaraq Sabirabad və Kürdəmir rayonlarının ərazisinə daxil idi. Bu səbəbdən Saatlı və  Ağsu  rayonlarının kolxoz, maşın — traktor stansiyaları, kənd  sovetləri və digər  təşkilat və  idarələrinin arxiv sənədləri əvvəlki rayonlarda, yəni Sabirabad və Kürdəmirdə qalmışdır.  Zəhmətkeşlər bu və ya digər arxiv sənədinin surətini əldə etmək üçün yaşadıqları  rayonlardan  qonşu rayonlara üz tutmalı olurlar. Bundan əlavə, Saatlı və Ağsu rayon dövlət arxivi rütubətli və darısqal otaqlarda yerləşir.

 

Təklif edirik ki, Sabirabad və Kürdəmirdə rayonlararası dövlət arxiv idarəsi yaradılsın.

 

20 aprel 1960-cı il tarixli məktubdan:

 

   «Poliqrafiyaçı» arteli yanında 25-30 nəfərdən ibarət «arxivçilər» qrupunun  yaradılmasından  16 ay keçir. Ancaq  «Poliqrafiyaçı»  arteli üzərinə düşən  vəzifəni  nəinki yerinə yetirməmiş, arxiv materiallarının işlənib  hazırlanması  xərclərini 200 faiz  qaldırmış, beləliklə, SSRİ Dövlət Arxiv  Fondu qaydalarını  kobudcasına pozmuşdur.

 

25 avqust 1960-cı il tarixli məktubdan:

 

Azərbaycan SSR Mərkəzi Dövlət Kino — Foto Sənədləri Arxivində iki min altı yüz  üç  kino  sənədi saxlanılır. Bu sənədlərdə sovet Azərbaycanının 40 il ərzində xalq təsərrüfatı, elm,  incəsənət,mədəniyyət sahələrində əldə etdiyi nailiyyətləri əyani şəkildə əks olunur.

Sizə məlum olduğu kimi, bu nadir və qiymətli kino — foto arxiv materiallarının  saxlanıldığı arxiv Yasamal vadisindəki binadadır. Bu ərazidə orta illik rütubət 100 faiz təşkil edir ki, belə bir vəziyyətdə arxiv sənədləri yararsız hala düşür və ən yaxın  vaxtlarda tamamilə  məhv  olub gedə bilər. SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinə müraciətimizdən sonra, bu  ilin avqust ayında İttifaq Kino – foto Sənədləri Dövlət Arxivinin rəisi Mışko yoldaş  Bakıda  ezamiyyətdə olmuş və vəziyyətlə tanışq olduqdan sonra bu qərara gəlmişdir ki, Azərbaycan  Dövlət Kino — foto Sənədləri Arxivini Yasamal vadisində yerləşdirmək qətiyyən düzgün deyildir.

Yuxarıda deyilənləri nəzərinizə çatdırmaqla Sizdən xahiş edirəm ki, Azxərbaycan Dövlət Kino-foto Sənədləri Mərkəzi Dövlət Arxivinin Yasamal vadisindən Bakının  rütubəti az  olan  başqa ərazisinə köçürülməsi məqsədilə təcili tədbir görəsiniz.

 

31 oktyabr 1960-cı il tarixli məktubdan:

 

Azərbaycan arxivlərində çalışan ali savadlı mütəxəssislərin aylıq maaşı digər müttəfiq  respublikalarda işləyənlərinkindən aşağıdır. Məsələn, rayon dövlət  arxivlərinin  müdirləri  Gürcüstanda 400 – 690 rubl, Ermənistanda 410 rubl maaş alırlar,  Azərbaycanda  isə 335 rubldur.  Aylıq əmək haqqının aşağı olması səbəbindən biz  yüksək  ixtisaslı mütəxəssisləri arxiv  orqanlarında, xüsusilə rayonlarda işə qəbul edəbilmirik.

   Sizdən xahiş edirik ki, 1961-ci ildə respublikanın mərkəzi dövlət  arxivlərində  və rayon  arxivlərində işin həcminin daha da genişləndiriləcəyini nəzərə alaraq,  arxiv  əməkdaşlarının  məvacibinin artırılması üçün təşəbbüs göstərəsiniz.

 

13 dekabr 1960-cı il tarixli məktubdan:

 

Nəzərinizə çatdırıram ki, Əlibayramlı rayon icraiyyə komitəsi rayon dövlət arxivini  münasib binaya köçürmək barədə Nazirlər  Sovetinin tapşırığını yerinə yetirmir. RİK sədri  A. Aslanov yoldaş ezamiyyətdə olmuş nümayəndəmizə məsuliyyətsizcəsinə demişdir ki, «yüz  qərar verilsə də, arxivə bina verməyəcəyəm».

Arxiv idarəsi rəhbərinin müraciətlərini respublika hökuməti başçısının müavini  özünəməxsus şəkildə həll etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan bir  çox sənəd və materiallar dediklərimizi əyani sübut edir.  Belə ki, Ə.Kərimovun  təklifi  ilə  şəxsən M. Şəkinski yerlərdə arxivlərin vəziyyəti ilə tanış olmuşdur. 1960-cı ilin fevral  ayında  M.Şəkinski Əlibayramlıda (indiki Şirvan rayonu — T.Q.) ikən aşkar etmişdir ki, dövlət rayon  arxivinin materiallarının bir hissəsi Qazıməmməd şəhərində bərbad halda saxlanılır. Qax,  Balakən, Mirbəşir, Tovuz və Jdanov rayonlarında qiymətli arxiv materialları çürüməkdədir.  Jdanov rayon dövlət arxivində sənədlərin 80 faizi quru yerdə toz — torpağın içində saxlanılır.

1960-cı il sentyabr ayının 17-də (M.C. Bağırovun doğum günü — T.Q.) Azərbaycan  SSR  Nazirlər Soveti «Respublikada arxiv işinin vəziyyəti barədə»  geniş qərar qəbul  etmişdir.  Qərarı  Nazirlər Sovetinin sədri Məmməd İskəndərov imzalamışdır.

ARAYIŞ. Məmməd Əbdül oğlu İskəndərov 1915-ci ildə Qubadlı rayonunun Evarlı  kəndində yoxsul ailədə anadan olmuşdur. 1928-ci ildə kənd məktəbini bitirmiş, Bakıya gələrək  M.Ə. Sabir adınapedaqoji texnikuma daxil olmuşdur. 1934-cü ildə texnikumu bitirmiş,  Zəngilan  rayonunun Xanlıq kənd orta məktəbində müəllim olmuşdur. 1935-ci ildə  Bakıya  gəlmiş və Azərbaycan Sənaye İnstitutununhazırlıq kursuna daxil olmuşdur. 1940-cı ildə  mühəndis-geoloq ixtisası üzrə «Molotovneft» trestinin birinci mədənində  işləmiş gənc geoloq  1941-43-cü illərdə müharibənin ağır sınaqlarından çıxmışdır.  O,Moskva və Kiyev  cəbhələrində  atıcı alayın mühəndisi, batalyon qərargahının rəisi olmuşdur. 1943-cü ildə Mir Cəfər  Bağırovun  təşəbbüsü ilə neftçi — mütəxəssis kimi Dövlət Müdafiə Komitəsinin  qərarı iləarxa  cəbhəyə qayıtmış, «Molotovneft» trestinin mədənlərində geoloq və mədən partiya  təşkilatının  katibi işləmişdir, 1945-47-ci illərdə Azərbaycan KP Bakı Komitəsi  katibinin neft üzrə  müavini,  sonra Bakışəhəri Lenin rayon partiya komitəsinin birinci katibi, 1948-49-cu illərdə  Azərbaycan  SSR  Dövlət Nəzarəti nazirinin müavini vəzifələrində çalışmışdır.

Məmməd İskəndərov bir geoloq kimi elm sahəsində də səmərəli fəaliyyət göstərmişdir. O, 1946-cı ildə namizədlik, 1957-ci ilddə doktorluq dissertasiyası müdafiə etmişdir. Geologiya-mineralogiya elmləri doktoru, professor M. İskəndərov haqqında 1949-cu il aprelin 18-də Moskvaya, SSRİ Nazirlər Sovetinə M.C. Bağırov tərəfindən göndərilmiş məktubda deyilir: «Bir neçə ildir ki, Orconikidzeneft dövlət planını yerinə yetirmir.  Sizdən xahiş edirəm ki,  bu vəzifəyə mühəndis-geoloq Məmməd Əbdül oğlu İskəndərovu təyin edəsiniz».  Orconikidzenefti gerilikdən çıxaran bacarıqlı geoloq və təşkilatçı Leninneft trestinə keçirilmiş, 1951-53-cü illərdə Azərneft birliyinin baş mühəndisi və rəisin birinci müavini vəzifələrində  işləmişdir. 1953-54-cü illərdə Azərbaycan KP Bakı şəhər partiya komitəsinin birinci katibi, 1954-59-cı illərdə Azərbaycan KP MK katibi, 1959-1961-ci illərdə Azərbaycan SSR nazirlər  Sovetinin sədri vəzifələrində olmuşdur. 1961-ci il dekabrın 29-da Azərbaycan SSR Ali  Sovetinin beşinci çağırışsəkkizinci sessiyasında Azərbaycan SSR Ali Soveti Rəyasət  Heyətiinin  sədri  seçilmişdir». (Bax: Musa Qasımlı, Cavid Hüseynov, Azərbaycanın baş nazirləri. Bakı, «Adiloğlu» nəşriyyatı, 2005-ci il, səh. 87-91).

Hörmətli oxuculara bildirmək istəyirəm ki,Teyyub Qurbanın nəşrə hazırlanan “Düşmənlərindən Güclü Şəxsiyyət” kitabının 4-cü cildində Mir Cəfər Bağırovla Məmmədəmin Şəkinski münasibətləri barədə maraqlı məqamlar gözəl işıqlandırılıb. İndi Məmmədəmin Şəkinskinin Azərbaycanda Arxiv işinin yaxşılaşdırılması üçün necə çalışmasına nəzər yetirək.

 

 

Təəssüflər olsun ki, 1976-87-ci illərdə nəşr olunmuş Azərbaycan Sovet Ensiklopediyası cildlərində «Bakı tarixi» deyil, «Yerevan tarixi» şərh olunmuşdur.

1980-ci ildə ASE-nin dördüncü cildini hazırlayıb nəşr edənlər yaxşı bilirdilər ki, İrəvan Azərbaycanın qədim şəhərlərindən biridir. Şəhərin adının Yerebuni qalasının adından əmələ gəlməsi ermənilərin uydurmasıdır. İrəvan adı ilk dəfə 607-ci ildə çəkilmişdir. O zaman Cənubi Qafqazda ermənilərin heç bir dövləti olmamışdır. Şəhər Rəvan, Erivan, Yerevan adları ilə tanınmışdır. «İr» türk dilində «dağın gün düşən tərəfi», «van» yer eməkdir. Rusiyanın İrəvanı işğalına qədər burada əhalinin əsas hissəsi Azərbaycan türklərindən ibarət olmuşdur, bir sözlə, İrəvan qədim azərbaycanlıların ana vətənidir.

Cəmil Quliyevin baş redaktorluğu ilə buraxılmış ASE-nin dördüncü cildində isə oxuyuruq: «Erivan xanlığı — Zaqafqaziyada 18-ci əsrin ortalarında yaranmış feodal dövlətlərdən biri — Ararat düzənliyini, Sevan gölü hövzəsini və Araz çayından cənub-qərbə uzanan ərazini əhatə edirdi. Əhalisi əsasən ermənilər və azərbaycanlılar idi… Erebuni-Urartu dövlətinin eramızdan əvvəl 782-ci ildə hökmdar I Argiştinin saldırdığı qala. Xarabalığı Yerevanın kənarında Arin-berd təpəsində aşkar edilmişdir. Müntəzəm qazıntılar 1950-ci ildən aparılır. Erebuninin adı Yerevanın adında saxlanılmışdır. 1968-ci ildə Yerevanın 2750 illiyi ilə əlaqədar Erebunidə geniş bərpa işləri aparılmışdır». (Bax: Azərbaycan Sovet Ensiklopediyası, IV cild, bakı, 1980, səh. 78-79).

   Bəs Bakımızın neçə yaşı var? Tarixçi — ensiklopediyaçılarımız nə vaxt bu sualın cavabını tapacaqlar? Niyə paytaxtımızda Bakı günləri keçirilməsin? Niyə «Bakı ensiklopediyası» hazırlanıb nəşr olunmasın? Axı vaxtilə Məmmədəmin Şəkinskinin imzaladığı arxiv arayışlarında, Rəsul Rzanın yaşıl cildli ensiklopediyasında, eləcə də müstəqilliyimizin bərpasından sonrakı dövrdə yazılmış çoxlu məqalələrdə, kitablarda yeni-yeni məxəzlər və mülahizələr vardır.

Unudulmaz xalq yazıçımız  Qılman İlkinin 2006-cı ildə oxuculara ərməğan etdiyi «Bakı və bakılılar» kitabında tarixi faktlar və inandırıcı həqiqətlər çoxdur. Kitabın «Ön sözü» mərhum akademik – filosof  Fuad Qasımzadənin bu gün soydaşlarına son sözü kimi səslənir: «Çağdaş və gələcək nəsillərə doğma Azərbaycanımızı tanıtmaq hamımızın borcudur. Bu, müqəddəs bir işdir. Hər nəsil yaşadığı mühitdə göz açır, onun ab — havası ilə böyüyür, necə deyərlər, hər şeyi bir növ hazır görür. Bilmir ki, gördüklərinin tarixi var, keçmişi var. Bu gün dünəndən yaranıb, sabah da bu gündən yaranacaq. Zira tarix ardı — arası kəsilməz prosesdir. Həm fasiləlidir, həm də fasiləsiz. Həyatın dialektikası belədir. Hər bir şeydə, hər bir hadisədə keçmişin qalıqları, indinin əsasları, gələcəyin isə rüşeymləri olur. Tarix və çağdaşlıq qırılmaz tellərlə bağlıdır. Biri digərsiz ola da bilməz. Odur ki, tariximizi, keçmişimizi bilməliyik. Müxtəlif  ölkələrin millət və xalqlarının tarixini yada salın. Görün bir, Paris fransızlar, London ingilislər, Madrid ispanlar, Roma italyanlar, Berlin almanlar, Varşava polyaklar üçün nə qədər vacib əhəmiyyətə malik olmuşdur. Moskva ruslar üçün, İstanbul türklər üçün, Bağdad iraqlılar üçün əziz olduğu kimi, Bakı da bizim üçün əziz və qiymətlidir».

Qılman İlkinin bütün nəsillərə yazılı əmanəti olan «Bakı və bakılılar» kitabının «Qədim şəhər» fəslində Bakının tarixini soraqlayanlar üçün zəngin məlumatlar (səh.10-17) vardır. Bəzi məqamlara diqqət yetirin: «1826-cı ildə Bakıda olmuş görkəmli səyyah Zeynalabdin Şirvani yazırdı: «Bakını Badikubə də adlandırırlar. Çünki bu yerdə daim küləklər əsir. Buna görə də burada evlərin özülünü yonulmuş daşlardan qoyur, həyətləri və damları qırla örtürlər». Bakı qədim şəhərdir. Doğrudur, onun məhz hansı əsrdə salındığı hələ müəyyən edilməmişdir. Lakin Bakının önündə və ətraf  kəndlərində arxeoloqların apardığı qazıntılar nəticəsində tapılan tarixi abidələr, saxsı qablar, daş sandıqçalarda dəfn edilmiş adamların sümükləri, sikkələr və sairədən məlum olur ki, onun yaranması tarixi eramızdan əvvəlki əsrlərə gedib çıxır. Hazırda Binəqədi yaxınlığında «Qır gölü» adı ilə tanınan böyük bir sahə vardır. Tarixçilərin yazdığına görə, on min illər bundan qabaq burada göl zaman-zaman qurumuş və bugünkü şəklini almışdır. Burada gölün qalın qır təbəqələri altında çoxlu, hətta bu gün artıq Abşeronda mövcud olmayan vəhşi heyvanların sümükləri tapılmışdır. Şir, iri maral, ayı, at, uzunqulaq sümükləri ilə yanaşı tapılan kərgədan sümükləri göstərir ki, Abşeronda on min illər qabaq bu heyvanlar yaşamışlar. Bəzi alimlər belə nəticəyə gəlirlər ki, bu heyvanların yaşadıqları yerdə yəqin ki, onları ovlayan ibtidai insanlar da yaşamışlar. Demək, eramızdan hələ xeyli qabaq Abşeron ətrafında ibtidai insanlar məskən salmışlar. Qobustan daşlarında isə bu heyvanları ovlayan ibtidai insanların şəkilləri həkk olunmuşdur.

Məlum olduğu kimi, Bakı ətrafında ən qədim yerlərdən bəziləri hazırda Xəzər suları altında qalmışdır. Eramızın II-VII əsrlərində Xəzər dənizinin hazırkı sahili Nargin və Vulf adalarından xeyli uzaqda olmuşdur. Eramızın 6-cı əsrindən başlayaraq, Xəzərin səviyyəsi artmış və Qız qalasınadək olan bütün körfəz su altında qalmışdır. Yaxın keçmişdə dəniz səthinin aşağı düşməsi nəticəsində suyun dibindən yüksələn qədim tikilinin bürcləri buna aydın sübutdur. 1830-cu ildə Bakıda olmuş alman akademiki E.Lens yerli əhalidən eşitmiş olduğu rəvayətlər barədə belə yazırdı: «Xeyli müddət əvvəl dəniz indikinə nisbətən 20 verst uzaqlıqda idi. O zaman Nargin adaları qurunun ayrılmaz hissələri idi. Sonra dənizin səthi qalxaraq, xeyli qabağa gəlmiş və sahil indiki görkəmini almışdır». Lens Nargin adasının qayalıqlarında Zığ burnuna gedən araba çarxlarının izini görmüşdü. Bunu Abbasqulu Ağa Bakıxanov da özünün «Gülüstani-İrəm» kitabında təsdiq edirdi. O yazırdı: «Bakı qəzasının Bilgəh, Zirə, Bibiheybət və başqa kəndlərində, habelə bir neçə adada qayalıqlar üstündə dənizin içərilərinə tərəf gedən araba çarxlarının izləri görünür». Daha sonra Bakıxanov yazırdı: «Şəhərin özündə Hacı Baba Hacı Ağahüseyn oğlu adında bir ev sahibi öz həyətində quyu qazdığı zaman dənizin indiki səviyyəsindən aşağıda, yerin altında daşla döşənmiş bir yola rast gəlmişdir». Zığ burnunda qayalıqlarda dənizin içərilərinə tərəf gedən araba təkərlərinin izlərini görənlər olub. Bütün bunlar göstərir ki, Xəzər dənizinin səthi yüksəldiyi zaman bir çox tikililər, hətta rəvayətə görə, Səbail adlı bütöv bir şəhər də suyun altında qalmışdır.

İçəri şəhərin ən yüksək bir yerində yerləşən Şirvanşahlar sarayında aparılmış qazıntılar nəticəsində tapılan sikkələrlə müyyənləşdirilmişdir ki, hələ səkkizinci əsrdə burada ticarət liman şəhəri olmuşdur. Bakışünas alim Sara Aşurbəyli belə bir nəticəyə gəlmişdir ki, «Bakı feodal şəhəri kimi eramızın 8-ci əsrində mövcud idi».

ARAYIŞ. Aşurbəyli Sara Balabəy qızı. 1906-cı il yanvarın 2-də Bakıda  anadan  olmuşdur.  Tarix elmləri doktoru (1966-cı il), Azərbaycan Rəssamlar İttifaqının üzvüdür (1946-cı ildən). İstanbulda Janna D`ark adına fransız kollecini (1925-ci il), ADU-nun Şərq  fakültəsini  (1930-cu il), V.İ.Lenin aına APİ-nin xarici dillər fakültəsini (1941-ci il) bitirmişdir.  Azərbaycan SSR Elmlər Akademiyası Tarix muzeyində orta əsrlər şöbəsinin müdiri (1954-58),  Azərbaycan SSR Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda baş elmi işçi (1958-61)  işləmişdir.  1961-ci ildən Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun  baş elmi  işçisidir. Azərbaycanın orta əsr şəhərləri tarixinin tədqiqi ilə məşğul olur. Məqalələri ingilis,  fransız və Çin dillərində dərc edilmişdir «. (Bax: Azəri Sovet Ensiklopediyası, I cild, səh.404.  Bakı, 1970-ci il).

«Bakının ən azı 20 əsrlik yaşı var» deyən Sara Aşurbəyli indi unudulmaqdadır. Ümid  ancaq ölkə prezidentinə qalır. Müvafiq fərman olarsa, Milli Elmlər Akademiyasının prezidenti  də,  Bakı meri də bir həftə ərzində qədim Bakımızın doğum gününü dürüstləşdirərlər, «Bakı günü» təqvimimizin bayram gününə çevrilər. O zaman Sara Aşurbəylinin də, Qılman  İlkinin də, Məmmədəmin Şəkinskinin də ruhu şad olar.

Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi Məmmədəmin Şəkinski 1962-ci ildə Azərbaycan tarixini fərziyyələr əsasında deyil,  tarixi məxəzlər və arxiv  sənədləri  əsasındayazılması üçün var qüvvəsi ilə çalışmışdır. Respublikanın baş arxivarusunun 1962-ci  il fevralın  1-də Azərbaycan  KP MK-nın Təbliğat və Təşviqat Şöbəsinin müdiri Məmməd  Qazıyev yoldaşa ünvanladığıməktub Dövlət Arxivində saxlanılır. Tanış olun:

«Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin və Mərkəzi dövlət arxivlərinin elmi əməkdaşları son vaxtlar Azərbaycan tarixinin və eləcə də tarixşünaslığın bu və ya digər məsələlər üzrə arxiv sənədləri əsasında bir sıra elmi məqalələr hazırlamışldar. Lakin bunları nəşr yolu ilə respublikamızın elmi ictimaiyyətinə və oxuculara çatdırmaq imkanımız məhduddur.

Sizdən xahiş edirəm ki, Azərbaycan tarixinə aid məqalələrin ictimaiyyətə çatdırılmasını yaxşılaşdırmaq məqsədilə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin orqanı olacaq «Azərbacan Arxivlərinin Xəbərləri» jurnalının nəşr olunmasında köməklik göstərəsiniz. Nəzərdə tutduğumuz məcmuədə arxiv materialları ilə yanaşı, respublikanın ayrı-ayrı tarixçilərinin məqalələri də veriləcəkdir.

Məlumat üçün Sizə bunu da çatdırıram ki, belə bir nəşr orqanı ikinci ildir ki, Ermənistan SSR-də mövcuddur. «Ermənistan  Arxivlərinin Xəbərləri» jurnalının bir nüsxəsini məktuba əlavə edirəm.

Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M. Şəkinski».

 

(ardı var)

 

Teyyub Qurban

 Ekspress.- 2011.- 10-12 dekabr.- S. 15.

Təqdim etdi: Füzuli Baratov

 

 

 

 

 

 

Стандартный